Azərbaycanda benzin bahalaşacaq?

Azərbaycanda benzin bahalaşacaq?Azərbaycanın əsas benzin tədarükçüsü olan Rusiya əksər ölkələrə benzin ixracına qadağa qoymağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, "Report" bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novakın nümayəndəsinə istinadən xəbər verir.
Ölkənin Baş naziri Mixail Mişustin martın 1-dən xaricə yanacağın satışının altı ay müddətinə dayandırılması təklifini təsdiqləyib. Bundan başqa, Nazirlər Kabineti birjada dizel yanacağının satışının minimum həcmini 16 %-ə qaldıracaq.
Məlumata görə, qadağa Avrasiya İqtisadi Şurasının ölkələrinə (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan), həmçinin Özbəkistan, Monqolustan, tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.
A.Novak bir neçə gün əvvəl benzinin ixracına qoyulan qadağanın təzələnməsi təklifini irəli sürüb. Baş nazirin müavini yaz-tarla işlərinin başlanması və yay tətili ilə əlaqədar neft məhsullarına tələbatın artdığı mövsümün yaxınlaşmasını səbəb gətirib. Bundan başqa, bir neçə neft emalı zavodunun təmirə bağlanması problemi daha da dərinləşdirir. Bundan əvvəl Rusiya Energetika Nazirliyi də "Lukoil" şirkətinin Nijni Novqorod şəhərindəki neft emalı zavodunun təmiri zamanı benzin ixracını azaldıb.
Xatırladaq ki, Rusiya hökuməti 2023-cü ilin sentyabrında da benzin və dizelin ixracını məhdudlaşdırmışdı. O zaman qərar həm daxili bazarı təmin etmək və yanacağın qiymətini sabitləşdirmək istəyi ilə izah edilmişdi. Lakin artıq oktyabrda məhdudiyyətlər yumşaldılmağa başladı və noyabrda benzinin ixracına qoyulan qadağa tamamilə aradan qaldırıldı. Bununla belə, Rusiya Energetika Nazirliyi "lazım olduğu halda" məhdudiyyətlərin geri qaytarılmasını istisna etməyib.
Qeyd edək ki, Azərbaycan 2023-cü ildə Rusiyadan 37,83 milyon ABŞ dolları dəyərində 40 min 262 ton "Aİ-95" markalı, 14,25 milyon ABŞ dolları dəyərində 17 min 387 ton "Aİ-92" markalı və 402,56 min ABŞ dolları dəyərində 357,1 ton "Aİ-98" markalı benzin tədarük edib. Azərbaycanın ötən il xaricdən aldığı 64 min 976 ton "Aİ-92" markalı benzinin 27 %-i, 86 min ton "Aİ-95" markalı benzinin 47 %-i və 2 min ton "Aİ-98" markalı benzinin 18 %-i Rusiyanın payına düşüb.
Azərbaycan "Aİ-92" markalı benzini həmçinin Litva və Türkmənistandan, "Aİ-95"-i Belarus, Rumıniya, Yunanıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Bolqarıstandan və "Aİ-98" markalı benzini Rumıniya, Belarus, Gürcüstan və Amerika Birləşmiş Ştatlarından idxal edir.
Azərbaycanda "Aİ-92" markalı avtomobil benzini Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.

Sosial       Tarix: 27 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun cəbhədən son görüntülər enson xeberler siyaseti xeberler bugun