Azərbaycanda benzinin qiyməti ilə bağlı yenilik olmalıdır' - Bu səbəbə görə
Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Hazırda bazarda neftin bir bareli 72 dollara satılır. Neftin ucuzlaşması isə benzinin qiymətinin enmə ehtimalını gündəmə gətirir.
"Aİ-95" premium və "Aİ-98" super markalı benzin Azərbaycanda istehsal olunmadığından bu marakalı benzin xaricdən idxal olunur. Bəs görəsən dünya bazarında neftin qiymətinin ucuzlaşması ölkəmizdə benzinin qiymətinə təsir edə bilərmi?
azxeber.com xəbər verir ki, iqtisatçı-ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə deyib ki, yanacaq məhsullarının qiymətləri qlobal miqyasda məhz xam neftin mövcud dəyərinə əsaslanır. Yəni, qiymətlərin artıb-azalması məhz bu dəyişikliklərdən aslıdır. Məsələn, 2021-22 -ci illərdə dünya bazarında neftin bir barelinin qiymətinin artaraq 100 dollara yaxınlaşması Azərbaycanda bu növ benzinin bahalaşmasına səbəb oldu. Çünki Azərbaycan premium markalı benzini əsasən Rumıniyadan ölkəmizə idaxal edir.
Xalid Kərimli deyib ki, indi isə fərqli mənəzrə yaşanmalıdır. Yəni, ölkəmizdə "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində ucuzlaşma olmalıdır.
Ekspert əlavə edib ki, hazırda dünyanın əsas neft hasilatçılarından olan ABŞ-də neftin qiymətinin ucuzlaşması yanacağın da qiymətinin aşağı düşməsinə səbəb olub.Yanacağın qiyməti Avropa ölkələrində də ucuzlaşıb.
Qeyd edək ki, hazırda ölkəmizdə "Aİ-95" markalı benzinin bir litrinin qiyməti 2, "Aİ-98" markalı benzinin qiyməti isə 2 manat 30 qəpiyə satılır.

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti