Azərbaycanda bu banklar BAĞLANACAQ? - SİYAHI

Azərbaycanda bu banklar BAĞLANACAQ? - SİYAHIMəlum olduğu kimi, son illər Azərbaycanda bağalanan bankların sayı artıb. Son 3 ildə 7 bankın lisenziyası ləğv olunub. 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – "Günay Bank" ASC və "Muğanbank" ASC bağlanıb. Bankların 2023-cü il üçün açıqladığı maliyyə hesabatlarına baxdığımız zaman belə görünür ki, hazırda bağlanma təhlükəsiylə qarşı-qarşıya qalan əsas bank "Bank BTB" hesab olunur.
Məlum olduğu kimi, ötən il "Günay" və "Muğan Bank"ın bağlanması cəmiyyət arasında bir qədər narahatlıq hissi yaradıb. Təbii ki, bu bankların fəaliyyətlərini dayandırması əhali arasında təşviş yaratdı. Bu baxımdan vətəndaşlar kreditlərin ödənilməsi, o cümlədən əmanətlərin qorunması baxımından banklara etibar etmir.
Hazırda Azərbaycanda 2 dövlət bankı və 21 kommersiya bankı fəaliyyət göstərir.
Bəs Azərbaycanda hansı banklar bağlanma təhlükəsi ilə üz-üzədir?
Bəzi maliyyə göstəriciləri pisləşən banklardan "Premium Bank" ASC və "Bank BTB" ASC ilk sıralarda qərarlaşıb. "Premium Bank" ASC 2022-ci illə müqayisədə 2023-cü ildə mənfəətini artırsa da, bu bankın depozit portfelində kəskin azalma olub. Belə ki, 2023-cü il ərzində bankda hüquqi şəxslərin depozitləri 29 milyon 914 min manat, fiziki şəxslərin depozitləri isə 9 milyon 806 min manat azalıb. Eyni zamanda ötən il "Premium Bank" ASC-nin aktivləri 7 milyon 86 min manat azalıb.
"Bank BTB" yeganə bankdır ki, son 4 ilin 3-nü zərərlə başa vurub. Bundan başqa, 2023-cü ildə "Bank BTB"də müştərilərin tələbli depozitlərinin həcmi 6 milyon 491 manat və ya 2022-ci illə müqayisədə 39% azalıb.
Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsrli Referans.az-a bildirib ki, vətəndaşlar bank seçərəkən Mərkəzi Bankın rəsmi saytında hesabatlarla tanış olmalıdırlar:
"Vətəndaşlar bu sayədə kommersiya banklarının hansı vəziyyətdə, necə olduğunu daha aydın və net şəkildə görə bilərlər. Hər bir bankın bağlanmasının əsas səbəbi müflisləşməsidir. Hər bir halda vətəndaşlar yatırım və ya depozit etdikləri bankın maliyyə hesabatının hansı vəziyyətdə olduğunu bilməlidir. Hər ay ölkədə fəaliyyət göstərən kommersiya bankları Mərkəzi Banka aylıq hesabat verir. Müəmmallı məsələ isə buradadır ki, bu günə qədər bağlanan bankların heç birinin hesabatlarında bağlandığı günə qədər hər hansısa bir problem olmayıb. Bu sahədə bəzi yeniliklərə ehtiyac var".
Ekspert deyib ki, Mərkəzi Bank hər bir kommersiya bankının real vəziyyətini əks etdirən hesabat qəbul etməlidir. Onun sözlərinə görə, vətəndaş banka yatırım etdiyi zaman həmin hesabatlara və statistikaya baxmalıdır: "Artıq 2024-cü ilin əvvəlindən müşahidələr göstərir ki, bu sahəyə nəzarət gücləndirilib və ciddi nəzarət olunur. Görünür ki, artıq bəzi banklar müflisləşməyə yaxındır. Mərkəzi Bank qəbul etdiyi hesabatlarda qismən reallığı əks etdirən məqamlar var. İstənilən halda vətəndaş yatırım etdiyi bankın etibarlı və müflisləşmə riskinin az olduğunu bilməlidir".
Akif Nəsrli əlavə edib ki, bu ilin əvvəlindən verilən hesabatlardan bəzi bankların artıq yavaş-yavaş maliyyə sıxıntısı ilə üzləşdiyini görə bilərik. Bu onun mütləq bağlanacağı mənasına gəlmir, amma hər bir halda ehtiyyatlı olmaqda fayda var. / konkret.az

Sosial       Tarix: 23 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal xeber xabarlar maliyye xeberler bugun cəbhədən son məlumat