Azərbaycanda bu torpaq və evlərin qiyməti bahalaşacaq

Azərbaycanda bu torpaq və evlərin qiyməti bahalaşacaqTorpaq bazarında qiymət artımı davam edəcək, hətta bir az da bahalaşacaq.
KONKRET.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O qeyd edib ki, tikinti şərtləri ağırlaşdırılıb, o cümlədən, fərdi yaşayış evlərinin tikintisi ilə bağlı şərtlər sərtləşdirilib.
"Oktyabr ayının 1-dən kommunal istiqamətdə qanunvericiliklə bağlı ciddi dəyişiklik oldu. Misal üçün, işıq, qaz, su şəbəkələrinə qoşulmaq yalnız sənədləri qanunvericiliyin tələbinə tam olaraq uyğun olan tikililər üçün mümkün olacaq. Hansı tikililərin, fərdi yaşayış evlərinin sənədləri qaydasında deyilsə, onlar işıq, qaz, su şəbəkələrinə qoşula bilməyəcək.
Yəni belə qaydalar vətəndaşları tədricən sövq edəcək ki, sənədli torpaq sahələrində ev tiksinlər. Bu isə, təbii ki, qiymətin artımına təsir göstərən amildir. Yəni sənədli torpaq sahələrinə tələb artacaq və nəticə etibarilə torpaq sahələrinin qiyməti bahalaşacaq. Bu, eyni zamanda, sənədləri qaydasında olan fərdi yaşayış evlərinin də qiyməti artacaq", – deyə R.Osmanlı əlavə edib.
Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilir.
Eyni zamanda, "Elektroenergetika haqqında" carin alin may ayının 19-da təsdiq olunmuş yeni qanuna əsasən, elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd tələb olunur.

Sosial       Tarix: 31 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Dünya bu tarixdə tam qaranlığa qərq olacaq

Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında – 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq. "Startlap"

Tanınmış blogerə ağır itki: Bacısı qəzada vəfat etdi

"Narmiw.Niko" bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bloqer bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Bu dünyadan bi

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.   -a istinadən xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub. İttiham aktın

Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək

Avro, dollar və yuan arasında qlobal valyuta rəqabəti XXI əsrin ən mühüm iqtisadi proseslərindən biridir. Son illərdə "dedollarizasiya" haqqında çox danışılır, lakin rəqəmlər göstərir ki, ABŞ dolları hələ də düny

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərind

Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Küvəzdə qalan körpələr 'dahi' olmur - Həkim həqiqəti açıqladı

Küvəzdə qalan uşaqların gələcəkdə dahi olması və ya cinsi problemlər yaşaması ilə bağlı cəmiyyətdə müxtəlif iddialar mövcuddur. Tibb mütəxəssisləri inkubator mühitinin gələcək zehni qabiliyyətlərə və ya bioloji reprodukti


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər en sonxeber xeber.az az xeber