Azərbaycanda daha bir partiya BAĞLANDI
Azərbaycanda dövlət qeydiyyatında olan daha bir siyasi partiya fəaliyyətinə son verib.
KONKRET.azModern.az-a istinadən xəbər verir ki, Nizami Süleymanov tərəfindən yaradılan Müstəqil Azərbaycan Partiyası (MAP) fəaliyyətini dayandırıb.
1993-cü ildə qeydiyyata alınan siyasi partiya 1998-ci ildə keçirilən prezident seçkilərində iştirak edib. Belə ki, Müstəqil Azərbaycan Partiyasının seçici birliyi tərəfindən irəli sürülmüş Müstəqil Azərbaycan Partiyasının sədri Nizami Seleymanov seçkilərdə 8.2% səs toplayıb və 270 mindən çox seçicinin səsini qazanıb.
Qeyd edək ki, Nizami Süleymanov partiyanı yaratmamışdan əvvəl 1992-ci ildə keçirilən prezident seçkilərində namizəd olub, 33.8% (1 milyon çox seçici) səs toplayıb. Nizami Süleymanov 2016-cı ildə vəfat edib və bundan sonra partiyanın fəaliyyəti tamamilə dayanıb.
Partiyanın özünü buraxması barədə qərarı Nizami Süleymanovun oğlu imzalayıb.
Xatırladaq ki, Azərbaycanda fəaliyyətinə son verən siyasi partiyaların sayı 10-a çatıb. Bundan əvvəl Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir