Azərbaycanda dəniz turizminin inkişafı nə vəd edir?

Azərbaycanda dəniz turizminin inkişafı nə vəd edir?Azərbaycanda dəniz turizminin inkişafı nə vəd edir?
Dünyada inkişaf etmiş turizm növlərindən biri də dəniz (kruiz gəmiləri ilə səyahət) turizmidir. ABŞ, Böyük Britaniya, Norveç, İsveç, Danimarka, Finlandiya, İtaliya, Fransa, İsveçrə kimi ölkələr turizm sektorunda dəniz nəqliyyatından istifadəni genişləndirir. Azərbaycanda isə bu turizm növü faktiki olaraq durğunluq vəziyyətindədir. Bir neçə il öncə Xəzəryanı ölkələr arasında dəniz səyahətlərinin canlandırılması və Rusiyanın "Böyük Pyotr" teploxodundan birgə istifadə etməklə kruiz səfərlərin təşkili məsələsi gündəmə gətirilsə də, hələ ki, bu sahədə konkret əməli addımlar atılmayıb.
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin sədrinin müşaviri Müzəffər Ağakərimov "Report"a açıqlamasında ölkəmizdə bu turizm növünü inkişaf etdirmək potensialının mövcudluğundan və bu sahədə çatışmazlıqlardan danışıb. O, ilk növbədə vaxtilə bizdə də bu sahənin inkişaf etdiyini önə çəkib.
Potensial var
"Bir ölkədə turizm sektorunun daha çox inkişaf etməsi onun növlərinin çox və keyfiyyət göstəricilərinin yüksək olmasından asılıdır. Azərbaycanın da turizm sektoru ildən-ilə inkişaf edir. Düşünürəm ki, bizdə də həm qatar, həm də dəniz turizmi inkişaf edəcək. Bunun üçün potensialımız var. Azərbaycanda dəniz turizmini inkişaf etdirmək üçün Xəzər dənizinin potensialından istifadə etmək məqsədəuyğun olar. Vaxtilə dəniz turizmi deyəndə çay turizmini də nəzərə alırdıq. Hələ 1990-cı illərin ortalarında dəniz turizmini inkişaf etdirmək üçün layihə hazırlanmışdı. Bu layihəyə əsasən 5 Xəzəryanı dövlət kruiz turizmini inkişaf etdirmək üçün təkliflərini vermişdi. Amma bu lahiyə qeyri-müəyyən səbəblərdən dayandırıldı. 1980-ci illərin sonlarına qədər Xəzər dənizində turizm olub və mütəmadi inkişaf edib. Vaxtilə Xəzər dənizi vasitəsilə İranın Ənzəli ərazisinə turizm səfərləri olardı. Eyni zamanda Türkmənistanın Türkmənbaşı şəhərinə bərələrlə turistlər gedərdi", - M.Ağakərimov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda çay turizmi də mövcud olub: "Sovet dövründə Volqa çayı boyunca Həştərxan-Moskva marşrutu ilə vətəndaşlarımız səyahət edirdilər. Bu turizm proqramı 18 gün davam edirdi. Hətta teploxodlar icarəyə götürülür, turistlər onunla Həştərxandan Moskvaya gedir, oradan Həştərxana və oradan da təyyarə ilə Bakıya qayıdırdılar".
Turizm şirkətləri bu sahəyə maraq göstərir
O, son illər ölkədə dəniz turizminin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparıldığını qeyd edib:
"Rusiyanın "Böyük Pyotr" teploxodu ilə Xəzərdə kruiz səyahətinin təşkili planlaşdırılırdı. Arzu edərdik ki, həmin teploxod Volqa çayı ilə Xəzər dənizinə gəlsin, burdan Azərbaycan turistləri onunla Volqa çayı boyunca Moskvaya qədər gedib yenidən geri qayıtsınlar. Bu turizm növü gələcəkdə inkişaf etsə, çox yaxşı olar. Bunun üçün səylərimizi daha da gücləndirəcəyik. Turizm şirkətlərimiz də bu sahədə çalışırlar. Hazırda həmin şirkətlər Avropaya müqavilə əsasında Aralıq dənizi vasitəsilə turistlər göndərirlər. Buradan turistlər Türkiyəyə, oradan da dəniz yolu ilə Avropa ölkələrinə gedirlər. Bu səyahət çox baha başa gəlir. Amma Xəzər dənizinin imkanlarından istifadə etsək, Azərbaycana daha çox turist gələ bilər. Ölkəmizin turizm potensialı da buna imkan verir. Hazırda turizm şirkətlərimiz bu istiqamətdə proqram və marşrutlar üzərində işləyirlər".
Təcrübəli mütəxəssislərə ehtiyac var
M.Ağakərimov bu sahənin Azərbaycanda inkişafdan qalmasının səbəblərinə toxunub:
"Bu ləngimə təbiidir. Dünyada baş verən hadisələr, münaqişələr, pandemiyanın yayılması və ölkəmizdə bu sahədə mütəxəssislərin az olması sözügedən gecikmənin səbəblərindəndir. Əvvəllər bizdə dəniz turizmi mövcud olanda mən turizm sektorunda işləmişəm. Amma bizdə bu sahədə təcrübəsi olanlar çox qalmayıb. Bu sahədə təcrübə mühüm rol oynayır. Dəniz turizmini yenidən bərpa etmək üçün mütləq təcrübəli mütəxəssislər lazımdır. Azərbaycanda çox istedadlı mütəxəssislər var, amma onlara istiqamət göstərmək lazımdır".
O əlavə edib ki, Xəzər dənizinin potensialından istifadə edilsə, Mərkəzi Asiyadan gələn turistlərin Türkiyə vasitəsilə Avropaya səyahət etməsini təmin edə bilərik:
"Hətta Çindən gələn turistlər də Avropaya Azərbaycan vasitəsilə gedə bilərlər. Çünki Azərbaycan Avropa və Asiyanı birləşdirən bir strateji məkandır".

Turizm       Tarix: 10 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az son xəbərlər bugün 2026 son xeber.az son xeber