Azərbaycanda dərman preparatları daha da ucuzlaşacaq - Deputat

Azərbaycanda dərman preparatları daha da ucuzlaşacaq - Deputat"Azərbaycanda dərman preparatlarının qiyməti 15-18 faiz ucuzlaşıb. Rəqabət mühitinin yaranması, həm də dərmanların maksimal qiymətlərinin müəyyən olunması qiymətlərin aşağı düşməsinə zəmin yaradıb. Elektron reseptlərin tətbiqi isə dərman vasitələrinin qiymətinin bir qədər də aşağı düşməsinə səbəb olacaq".
KONKRET.azSputnik Azərbaycan-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
O bildirib ki, elektron reseptlərdə dərmanların kimyəvi adının yazılması buna ciddi təsir göstərəcək.
Deputatın sözlərinə görə, indiyədək həkimlər tərəfindən reseptlərə dərman preparatlarının adı yazılırdı. Artıq reseptə ancaq dərman vasitəsinin kimyəvi adı yazılacaq ki, bu da sövdəli reseptlərin qarşısını alacaq. Nəticədə dərman preparatlarının qiyməti bir qədər də ucuzlaşacaq.
Deputat qeyd edib ki, Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı da qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Artıq ölkəmizdə dərman vasitələrinin istehsalına başlanılıb.
Əczaçı-mütəxəssis, provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərman preparatlarının kimyəvi tərkibi ilə yazılması həkimlərlə dərman firmalarının iş birliyini kəsəcək. Nəticədə rəqabət mühiti formalaşacaq ki, bu da dərmanların qiymətinin ucuzlaşmasına təsir göstərəcək.
E.Hüseynov deyir ki, əvvəl aptekdə əczaçı məcbur idi ki, pasiyentə məhz həkimin adını yazdığı dərman preparatını satsın. Amma artıq elektron reseptin tətbiqi ilə dərman preparatlarının kimyəvi tərkibi ilə yazılması əczaçıya imkan verəcək ki, eyni tərkibdə olan bütün adda dərman preparatlarını müştəriyə təklif etsin. Beləcə, müştəri də qiymətə baxaraq eyni tərkibdə dərman vasitələrindən cibinə uyğun olanını ala biləcək.
Provizor onu da bildirib ki, indiyədək həkimlər reseptə qida əlavələri də yaza bilirdilərsə, elektron reseptin tətbiqi ilə bu aradan qalxıb. Bu da qida əlavələrinə tələbatı azaldacaq, nəticədə onların da qiymətlərində ucuzlaşma müşahidə olunacaq.
Qeyd edək ki, bu günlərdə Azərbaycanda elektron reseptin tətbiqinə başlanılıb. Rəqəmsal resept (Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır.
Xatırladaq ki, bundan əvvəl "Dərman vasitələri haqqında" qanuna dəyişikliklə Tarif Şurası dərman preparatlarının qiymətinin yuxarı həddi müəyyən edib. Əvvəl dərman preparatlarının Tarif Şurasının müəyyən etdiyi aşağı həddən ucuz qiymətə satmaq mümkün deyildisə, qanuna dəyişikliklə bu problem aradan qalxıb. Artıq idxalçı şirkətlərə dərmanları aşağı qiymətə sata bilməsinə imkan yaranıb.

Sağlamlıq       Tarix: 30 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeberler xeberler az xəbərlər cəbhədən son dəqiqə