Azərbaycanda dərmanlar ucuzlaşacaq

Azərbaycanda dərmanlar ucuzlaşacaqAzərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi maksimal qiymətdən daha aşağı qiymətə satılması zamanı vergitutma məqsədilə bazar qiymətinin müəyyənləşdirilməsi qaydalarının dəyişdirilməsi təklif edilir.

Məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, "Dərman vasitələri haqqında" Qanunun 15 avqust 2023-cü ilədək qüvvədə olan əvvəlki redaksiyasına görə, dövlət qeydiyyatına alınmış dərmanların tənzimlənməmiş və ya müəyyən edilmiş qiymətlərdən baha satılması qadağan idi.
Həmin tarixdən qüvvəyə minən dəyişikliklər nəticəsində dərman vasitələri üçün qiymətlərin yuxarı həddinin müəyyənləşdirilməsi nəzərdə tutulub.
 
Tarif (Qiymət) Şurasının 15 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənən topdan və pərakəndə satış qiymətləri də maksimal hədd kimi müəyyən edilib. Bununla da dərman vasitələrinin həmin qiymətlərdən daha ucuz satılmasına şərait yaradılıb.

Hazırda Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, qiymətləri Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən malların təqdim edilməsi və alınması zamanı vergitutma məqsədilə bazar qiyməti tətbiq edilərkən Şuranın müəyyən etdiyi qiymətlər əsas götürülür.

Yeni təklifə əsasən, dərman vasitələri Şuranın müəyyən etdiyi yuxarı qiymət həddindən aşağı satıldıqda bazar qiymətinin hesablanması zamanı Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları da nəzərə alınacaq. Bu səbəbdən Məcəllənin 14.10-cu maddəsinə müvafiq dəyişiklik edilməsi təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında iqtisadi ekspert Xalid Kərimli bildirib ki, Tarif Şurası əvvəllər vahid qiymət müəyyənləşdirirdi və satıcılar məhsulu məhz həmin qiymətə satmalı idilər:
"Bu sistem o qədər də effektiv deyildi, çünki rəqabətə imkan vermirdi. Daha sonra bu qayda dəyişdirildi və maksimal qiymət həddi müəyyənləşdirildi. Yəni satıcılara həmin həddən yuxarı qiymətə satış etmək qadağan edildi, lakin daha ucuz satmağa icazə verildi. Ancaq bu zaman vergi ilə bağlı problem ortaya çıxdı. Belə ki, Tarif Şurası yuxarı qiymət həddi müəyyənləşdirsə də, məhsul həmin həddən aşağı qiymətə satıldıqda vergi hesablanarkən yenə də maksimal qiymət əsas götürülürdü. Yəni vergi orqanları belə bir yanaşma sərgiləyirdi ki, Tarif Şurası yuxarı həddi müəyyən edibsə, məhsul niyə daha ucuz qiymətə satılır? İndi isə bu qaydaya dəyişiklik edilir. Əslində, satıcının daha ucuz qiymətə satış etmək hüququ var. Yeni yanaşmaya əsasən, 14.3-cü maddədə nəzərdə tutulur ki, aşağı qiymətə satış zamanı həmin dövr üzrə analoji rəqiblərin eyni ay ərzində tətbiq etdikləri qiymətlər nəzərə alınacaq. Qiymətlər arasında 30 faizə qədər fərq məqbul hesab ediləcək. Bu həddən artıq fərq olduqda isə vergi baxımından yenidən suallar yarana bilər. Çünki 30 faizə qədər qiymət fərqi ağlabatan sayılır. Məsələn, bazarda məhsulun qiyməti 5 manatdırsa, siz onu 3 manat 50 qəpikdən aşağı qiymətə satdıqda əlavə suallar ortaya çıxa bilər. Burada vergidən yayınma riski də nəzərə alınır".
Ekspertin sözlərinə görə, bu dəyişiklik rəqabətə müsbət təsir göstərə bilər:
"Çünki apteklər üçün mövcud qaydaların yaratdığı vergi risklərini azaldır. Onlar bazardakı rəqabəti nəzərə alaraq daha çevik qərarlar verə biləcəklər və vergi məsələsi bu baxımdan onlara mane olmayacaq. Daha ucuz dərman satmaqda maraqlı olub-olmayacaqlarına gəlincə, bu, birbaşa rəqabətdən asılıdır. Vergi ilə bağlı dəyişikliyin özü dərmanların ucuz satılmasına avtomatik təsir göstərmir. Bazarda rəqabət güclü olarsa, apteklər daha ucuz satış etməyə maraqlı olacaqlar. Rəqabət yoxdursa, aptek niyə qiyməti aşağı salsın? Yəni qiymət məsələsi rəqabətdən asılıdır. Apteklərin dərman qiymətlərinə təsir imkanlarına gəldikdə isə burada daha çox Tarif Şurasının maksimal qiymət müəyyən etməsi rəqabət üçün şərait yaradır. Çünki əvvəllər vahid qiymət tətbiq olunanda qiymət rəqabəti mümkün deyildi. Bu halda əsas üstünlük dərmanı daha ucuz qiymətə alan satıcıda olurdu. Lakin maksimal qiymət həddinin müəyyənləşdirilməsi qiymət rəqabətinə imkan açır. Hazırkı dəyişiklik isə daha çox apteklərin vergi ilə bağlı problemlərinin aradan qaldırılmasına, vergilərin hansı qaydada hesablanacağının və qiymətlərin nə qədər aşağı salına biləcəyinin aydınlaşdırılmasına xidmət edir".
Aynur Babazadə

İqtisadiyyat       Tarix: 19 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyəehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsiləhəmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyyat sorğusun

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Ünvanlı sosial yardım alanlara şad xəbər - "Növbəti ildən…

"Ünvanlı sosial yardım üçün müraciət prosesi elektronlaşdırılıb və hazırda elektron müraciətlərə uyğun olaraq sıralama, yəni dövlət sistemində növbə ardıcıllığı müəyyənləşdirilir. Bu da müraciətlərə həmin növbə sıralamasın

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Qızılın qiyməti aşağı düşüb

Comex birjasında 2026-cı ilin dekabrında çatdırılma müddəti ilə qızıl fyuçerslərinin qiyməti 2025-ci il sentyabrın 29-dan bəri ilk dəfə bir troya unsiyası üçün 3 800 dollardan aşağı düşüb. xəbər verir ki, Bakı vaxtı ilə saa

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

Birbank müştərilərinə alış-veriş xərclərini daha rahat planlaşdırmaq üçün yeni fürsət təqdim edir. 4 noyabr-4 dekabr 2026-cı il tarixlərində reallaşdırılan kampaniya çərçivəsində minlərlə partnyor mağazada "Böl-ödə"


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber kriminal en son xeber hava haqqinda