"Azərbaycanda devalvasiya olacaq" - Dolların məzənnəsi ilə bağlı MÜHÜM XƏBƏR

10 sentyabr tarixində Mərkəzi Bankda (AMB) növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 90,74 milyon dollar təşkil edib. Bundan əvvəlki – 5 sentyabr tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 25,74 milyon dollar çox olub. Belə ki, 5 sentyabr tarixində keçirilən hərracda 65 milyon dollar həcmində valyuta satılıb. 
Onu da bildirək ki, bu gün valyutaya olan tələb 27 iyun tarixindən sonra ən yüksək səviyyəyə çatıb. Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 65 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 4 milyard 941,14 milyon dollar satılıb.
Maraqlıdır, dollara tələbin artmasının səbəbi nədir? Dollara təlib artması fonunda dolların məzənnəsi dəyişə bilərmi?
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı news24.az-a danışan Milli Məclisin Vl çağırış deputatı Vüqar Bayramov bildirib ki, hazırda dollara tələbin artması mövsümü faktorlara əlaqəlidir:
"Nəzər alsaq ki, idxalda artımlar müşahidə olunur və idxaldakı artımlar dollara tələb yaradır. Eyni zamanda neftin dünya bazar dəyəri də aşağı olduğuna görə, bu valyuta bazarına müəyyən psixoloji təsirlər göstərir. Düzdür, hələki neftin dünya bazar qiyməti o qədər də ucuzlaşmayıb, amma son dövrlər, xüsusən də son həftələr neftin dünya bazar qiymətində azalmalar müşahidə edirik. Azərbaycan üzən valyuta rejiminə keçmədiyi üçün manatın məznnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
Deputat qeyd edib ki, Mərkəzi Bank öz pul siyasətində, eləcə də strategiyasında məhz məzənnə ilə bağlı öz mövqeyini bildirmişdi. Onun sözlərinə görə, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 65 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 4 milyard 941,14 milyon dollar satılıb: "Hazırda Mərkəzi Bank valyuta bazarındaki tarazlığı qoruyub saxlamağa çalışır. Çünki Mərkəzi Bankın intervensiya imkanları var. Amma sözsüz ki, növbəti dövrlərdə manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılı olacaq. Bu isə Mərkəzi Bankıb məhz qərarlarından asılı olaraq manatın məzənnəsinin müəyyənləşdirilməsi anlamına gəlir".
Vüqar Bayramov əlavə edib ki, növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişəcəyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma təbii ki, iqtisadi faktorlara baxsaq, Azərbaycan üzən məzənnə rejiminə keçməsə belə, yenə də ölkəyə daxil olan valyutanın həcmi, idxalın həcmi və xüsusən də neftin dünya bazar qiyməti manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar olaraq qalmaqdadır.
Bu barədə fikirlərini news24.az-la bölüşən iqtisadçı Xalid Kərimli isə qeyd edir ki, hazırda tələb olunan 90 milyon tələbat əslində fantastik bir rəqəm deyil:
"Zatən sentyabr ayı aktiv bir aydır. Hazırki tələbat elə böyük rəqəmlər deyir. Amma son həftələr dollara artım ciddi şəkildə müşahidə olunur. İlin əvvəlində də bu proses müşahidə olunurdu. Neftin qiymətləri son bir həftə ərzində düşüb, amma görünür bu hökumət üçün komfortlu zonadadır. İndiki vəziyyət hökuməti yaxın bir neçə ay ərzində devalvasiyaya getməyə vadar edə bilməz. Amma ehtimal ola bilər ki, devalvasiya olacaq. Amma əsas sual budur ki, devalvasiya nə zaman olacaq? Bu bir il sonra da ola bilər, 6 ay sonra da, 3 il sonra da".
İqtisadçı qeyd edib ki, bütün bu məsələlər ölkənin tədiyə balansının vəziyyətindən asılı olacaq. Hazırda göstərilən və tələb olunan rəqəmlər elə də böyük göstərici deyil. Düşünmürəm ki, hökümət yaxın zamanda devalvasiyaya getsin.

Sosial       Tarix: 12 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın 2060-cı il hədəfi üzrə strategiya təsdiqləndi

Azərbaycan Baş naziri Əli Əsədov tərəfindən "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, strategiya ölkəni

Bakıda tarixi bina təmir olunacaq - 2,8 milyon ayrıldı

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 4 ünvanında yerləşən 3 mərtəbəli tarixi yaşayış binasının əsaslı təmiri"nin satı

Zaqatalaya güclü leysan və dolu yağıb

Zaqatala rayonunda güclü leysan yağışı və dolu müşahidə olunub. Oktyabrın 22-dən etibarən ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin müxtəlif rayonlarında fasilələrlə yağış yağır. Oktyabrı

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR

Azərbaycanın İraqdan "Aİ-92" markalı benzin tədarük etməsi diqqət çəkib. Neft hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın müəyyən növ yanacağın xaricdən alınması bu tədarükün səbəbləri, həcmi və iqtisadi əsaslar

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 24-ü ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şərait

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub. -a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürüc

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"

Son zamanlar bir sıra bankların fəaliyyətində geriləmə müşahidə edilir. Belə ki, mənfəətləri kəskin azalır və ya bağlanma təhlükəsi yaşayırlar. Bəs hazırda hansı bankların bağlanma təhlükəsi mövcuddur?. KONKRET.azxəbər veri


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler xeber.az bu gun bu gune olan xeberler xəbərlər