"Azərbaycanda devalvasiya qaçılmazdır!" – PROQNOZ

Yanvar ayında ölkədə valyuta ilə depozitlər 2023-cü ilin dekabrına görə xeyli artıb. Belə ki, yanvarda fiziki şəxslərin xarici valyutada depozitləri 284,4 milyon manat artaraq 4 milyard 555,6 milyon manata, hüquqi şəxslərin xarici valyutada depozitləri 542 milyon manat artaraq 9 milyard 548,9 milyon manata yüksəlib.
Bu ilin yanvarında banklardakı milli valyutada depozitlər 381,1 milyon manat azalıb – yəni, insanlar manatda olan depozitlərini dollara dəyişməyə başlayıblar.
Digər bir xəbərdə bildirilir ki, 2024-cü ilin yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 315,2 milyon manat artaraq 4 milyard 682 milyon manata çatıb. Yanvarda verilən cəmi kreditlərin 82%-i xarici valyutada olub.
Bundan başqa, Mərkəzi Bankın keçirdiyi hərraclarda dollara təlabat da kəskin artıb – 2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 15 valyuta hərracında banklara cəmi 1 milyard 207,7 milyon dollar satılıb.
KONKRET.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli dollara olan tələbatın artmasını şərh edib. "Bütün bu rəqəmlər onu göstərir ki, valyuta ilə bağlı gözləntilər artıb, ciddi ajiotaj, təlaş var – Mərkəzi Bank və hökumət isə bu gözləntilətri normal idarə edə bilmir. Vətəndaşlar və bizneslə ciddi kommunikasiya problemi var – bu isə təlaşı artıran faktordur. Dünyada Mərkəzi bankların əsas funksiyalarından biri də gözləntiləri idarə etmək, sözlü müdaxilələrlə proseslərə yön verməkdir – hələ ki bizdə bu sahə axsayır.
Mənim fikrimcə – dəfələrlə publik açıqlamalarda da bunu demişəm – Azərbaycanda devalvasiya qaçılmazdır, sadəcə zaman məsələsidir. Açığı, bu il olacağına inanmıram, çünki ölkədə seçki sürəcləri var, amma gələn il ərzində hökumət bu addıma getməyə məcbur olacaq. Hökumətin ən böyük günahı odur ki, heç vaxt öz səhvlərindən nəticə çıxarmır".
Ekspert deyib ki, 2015-cil il devalvasiyalarından sonra manatın "üzən məzənnəsi" formalaşmalı idi, amma hökumət buna getmədi, sadəcə inzibatı üsulla məzənnə siyasəti yürütdülər.
"İnzibati üsulla, əmrlə məzənnəni bir müddət sabit saxlamaq olur, bu daimi proses deyil, ola da bilməz, necə ki, 2005-2015-ci illər arası biz bunu gördük – 10 illik sabit məzənnə rejimi, sonra 3 pilləli devalvasiya. 2025-ci ildə növbəti 10 illik dövr başa çatır…".Modern.az

Sosial       Tarix: 28 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun cəbhədən son görüntülər enson xeberler siyaseti xeberler bugun