Azərbaycanda dollar BAHALAŞACAQ?

Azərbaycanda dollar BAHALAŞACAQ?Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Fevralın 1-də keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir.
Qeyd edək ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı. Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir.
Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil.
Belə olan təqdirdə isə cəmiyyətdə dolların bahalaşacağı və manatın məzənnəsinin isə dəyişəcəyi ehtimal olunur. Bəs gözləntilər özünü doğrulda bilər?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirib ki, hazırda dolların kəskin bahalaşacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır:
"Azərbaycanda valyuta məzənnəsinin dünya bazarları ilə heç bir əlaqəsi yoxdur. Bizdə valyutanın məzənnəsi hökumət və Mərkəzi Bank tərəfindən inzibati qaydada müəyyənləşir. Valyuta hərraclarında dollara tələbin artması təbiidir. Hər dəfə ilin sonunda və əvvəlində bu artımı görürük, yay aylarında bir daha bunun şahidi olacağıq. Əvvəlki illərdə tələb bundan da artıq olub, dolların satış həcmi daha yüksək olub. Bu hökumətin qərarından asılıdır. Sabah da qaldıra bilərlər, heç qaldırmaya da bilərlər. Bunun dünyada gedən heç bir proseslə əlaqəsi yoxdur".
İqtisadçı qeyd edib ki, manat üzən məzənnə rejimində fəaliyyət göstərən valyuta deyil, Azərbaycanda inzibati məzənnə rejimidir və bunlar inzibati qaydada tənzimlənir. Onun sözlərinə görə, bu il Azərbaycanda hər hansı məzənnə dəyişikliyinin olacağı gözlənilən deyil: "Çünki bu il ard-arda seçkilər ilidir. Qarşıdan parlament və bələdiyyə seçkiləri gəlir. Buna görə də bu il manatın məzənnəsinin dəyişəcəyi gözlənilən deyil. Amma bu o demək deyil ki, Azərbaycan manatı həmişə belə sabit qalacaq. Gələn ili sonu və ya 2026-cı ildə bununla bağlı hansısa qərarlar verilə bilər". / azxeber.com

İqtisadiyyat       Tarix: 06 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xeber maliyye xeberler bugun cəbhədən xəbər xeber.az 2026