Azərbaycanda düyü bahalaşacaq?

Azərbaycanda düyü bahalaşacaq?Dünyada düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Belə ki, Tailand ağ düyüsünün qiyməti artaraq bir ton üçün 659 dollara çatıb. Sonuncu dəfə belə göstərici isə 2008-ci ilin oktyabr ayında qeydə alınıb. Qiymət artımına səbəb olaraq havaların quraq keçməsi və əsas düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması göstərilir.
KONKRET.az xəbər verir ki, statistikaya görə, 2022-ci ildə ölkəmizə idxal olunan düyünün 74,8%-i Hindistanın, 11,5%-i Qazaxıstanın, 8,3%-i Rusiyanın, 2,4%-i Tailandın, 2,1%-i Pakistanın, 0,9%-i isə digər ölkələrin payına düşüb.
Qlobal bazarda 2022-ci ildə düyü ixracı 28,9 milyon ton və ya 23,3 milyard ABŞ dolları olub. Dünya üzrə ixrac olunan düyünün 80%-dən çoxu Hindistan, Tailand, Vyetnam, Pakistan, ABŞ, Çin, İtaliya, Myanma, Braziliya və Belçikanın payına düşüb. Düyü idxalı üzrə ilk beşlikdə isə Çin (10,9%), ABŞ (5,9%), Filippin (5,3%), Kot-d İvuar (3,4%) və İraq (3,1%) yer alıb. Bəs bütün bu proseslər Azərbaycanda düyünün qiymətinə təsir edəcəkmi? Məsələ ilə bağlı Oxu.Az-a danışan Xalid Kərimli bildirib ki, Azərbaycanda da düyünün qiyməti dəyişəcək:
"Azərbaycanın düyü idxalında əhəmiyyətli yeri Hindistan tutur. Ölkəmizə düyü Rusiya, İran, Mərkəzi Asiyadan gətirilsə də, 70-80 faizi Hindistanın payına düşür. Dünya ölkələrinə düyü ixracının 40 faizini Hindistan təşkil edir. Bildiyiniz kimi, bu il Hindistan öz düyü bazarını qorumaq üçün ixracına 20 faiz məhdudiyyət tətbiq etdi. Bunun səbəbi iqlim dəyişikliyi idi. Bu da təbii ki, Azərbaycanda qiymətlərə öz təsirini göstərdi və qiymətlərin artmasına səbəb oldu. Bu prosesin davam edəcəyi proqnozlaşdırılır".
Xatırladaq ki, 2021-2022-ci illərdə ölkəmizdə düyünün bir kiloqramının sahədən və ya topdansatış qiymətləri 1,87-2,83 manat arasında dəyişib.
Qeyd edək ki, 2022-ci ilin məlumatlarına əsasən, Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2022-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə artıb, 2021-ci ilə nisbətən isə dəyişməz olaraq qalıb.
2022-ci ildə çəltik istehsalı 2015-ci ilə nisbətən dörd dəfə, 2021-ci ilə nisbətən isə 8,4% artaraq, 11,6 min ton olub.
Ötən ildə çəltik istehsalının 24,4%-i Lənkəran, 19,7%-i Ağdaş, 19,1%-i Ucar, 12,2%-i Göyçay, 24,6%-i isə digər rayonlarının payına düşüb.
2022-ci ildə Göyçay rayonunda məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.
Ötən ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 7,4% artaraq 50,2 min ton olub. Ölkədən ixrac olunan düyü isə çox kiçik həcmdədir. Belə ki, hər il ölkədən orta hesabla 24,4 ton düyü ixrac edilib.

Sosial       Tarix: 28 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri bugun xeberler en sonxeber son xeber 2026