"Azərbaycanda düyü və duru yağlar bahalaşacaq" - AÇIQLAMA

Son vaxtlar dünya bazarında düyünün bahalaşması müşahidə olunur. Bu da düyü istehsal edən ölkələrin bu məhsulun ixracına tətbiq etdiyi qadağalardır. Dünyanın ən böyük düyü istehsalçısı Hindistanın ixraca qoyduğu qadağadan sonra, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya da dünyada ən çox tələbat duyulan məhsulun ixracını dayandırıb.
Dünyada düyünün bahalaşması Azərbaycan bazarına necə təsir edəcək?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ölkəmizdə də bahalaşmadan qaçmaq mümkün olmayacaq:
"Azərbaycan iqtisadiyyatı inhisarçı iqtisadiyyat olduğuna görə, dünyada baş verən ucuzlaşmalar ölkə daxilindəki qiymətlərə təsir eləmir. Amma dünyada məhsullar bahalaşan kimi dərhal Azərbaycan bazarına təsir edir. Rəqabət mühiti olmadığından dünyada qiymətlər ucuzlaşanda, sahibkarlar həmin ucuzlaşmadan istifadə edib mənfəətlərini genişləndirirlər. Amma qiymətləri azaltmırlar. Lakin qiymətlərin bahalaşması haqqında məlumatı alan kimi, həmin bahalaşan məhsulların partiyası Azərbaycana girməmiş ölkədə qiymətlər bahalaşır.
İxracatçıların məhsulun satışına məhdudiyyət qoyması dünya bazarında düyünün qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Üstəgəl Ukrayna böhranı da düyünün bahalaşmasında əsas faktorlardan biridir. Ukrayna faktoru bir başa olmasa da, dolayısı ilə düyü bazarına təsir edir. Afrika ölkələrində buğda tapmayanlar düyü yeyir. Bu da düyüyə tələbatı artırır. Həm də bu il dünyada düyü istehsalında məhsuldarlıq aşağı düşüb.
Hardasa dünyada əvvəlki illərə nisbətən 9 milyon ton az düyü istehsal edilib və bu, sözsüz ki, dünya bazarına təsir edəcək, düyünün bahalaşmasına səbəb olacaq. Bu da təbii ki, Azərbaycanda düyünün bahalaşmasına gətirib çıxardacaq".
Daha sonra Akif Nəsirli duru yağlara olan tələbatdan danışdı:
"Bu məhsulun qiyməti onsuz da Azərbaycanda kifayət qədər bahadır. Mən hesab eləmirəm ki, yaxın günlərdə duru yağların qiymətinin bahalaşmasına getsinlər. Çünki Azərbaycan daxilində bitki yağlarını dünya bazarından ən azı iki dəfə baha satırlar. Ona görə də hələlik kiçik bahalaşmalar Azərbaycan bazarına təsir eləməyəcək. Amma payıza doğru əgər bitki yağlarının da qiyməti bahalaşacaqsa Azərbaycan bazarına təsir edəcək. Ölkəmizdə bitki yağlarının qiyməti bir qədər də artacaq".
Vəli Həsənov,
KONKRET.az

Sosial       Tarix: 03 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber az xabarlar maraqlı xəbərlər xeberler bu gun