Azərbaycanda əhali arasında yayılan virus COVİD-19-dur?
Bir müddətdir ki, əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus həftələrlə davam edir.
azxeber.com xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionisti Təyyar Eyvazov "Xəzər Xəbər"ə deyib ki, son günlərdə yayılan xəstəlik mövsümi, kəskin respirator virus infeksiyalarıdır.
Hazırda xəstələrdə müşahidə olunan da daha çox qrip əlamətlərinə oxşayır. Xəstəliyin kəskin əlamətləri 2-3 gün davam edir.
Təyyar Eyvazov qeyd edib ki, hazırda müşahidə olunan virusun koronovirusla heç bir əlaqəsi yoxdur. Hər bir virusun insanlarda klinik təzahürləri müxtəlif ola bilər.
Bu cür viruslara qarşı antiviral preparatlar yoxdur. Hazırkı virusların fəsadlaşması hallarının olmadığını deyən infeksionist qeyd edib ki, bütün bunlara baxmayaraq, simptomatik müalicə tələb olunur.
Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşsuzluq əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayət olunan güclü baş ağrıları, nevroloji defisit kimi hallara rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqladı
Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Ucarda 62 yaşlı kişi küçədə öldü
Gəncədə iki avtomobil toqquşub - Xəsarət alanlar var
DÇ-2026: Niderland- Yaponiya 2:2
Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ
Zelenski G7 sammiti çərçivəsində Putinlə danışıqlar aparmağı təklif etdi