Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMAAzərbaycan da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşir. Seysmoaktiv bölgələr üçün isə vaxtaşırı vaxtı, yeri, gücü heç kim tərəfindən əvvəlcədən proqnozlaşdıra bilməyən zəlzələlərin olması xarakterikdir və həmişə də olmaq ehtimalı var.
azxeber.com Lent.az-a istinadən bildirir ki, bunu AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, türkiyəli alim Cəlal Şəngörün Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağına dair açıqlama verdiyi bildirilsə də, alimin verdiyi bu açıqlamanı Azərbaycanla bağlı hansı araşdırmalar apardıqdan sonra verdiyi onlara bəlli deyil:
"Zəlzələ ocaqları yerin dərin qatlarında yerləşdiyinə görə onu proqnozlaşdırmaq mümkün deyil. Hələ ki seysmologiya elmi bu suala cavab tapmayıb və bu bütün dünyada belədir. İnsanlar tərəfindən hiss olunmayan, gücü az olan zəlzələlər hər gün var və onlar heç gəlib Yer səthinə belə çatmırlar. Maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə ictimaiyyət davamlı məlumatlandırılır".
O, zəlzələni öncədən dəqiq proqnozlaşdırmağın mümkün olmadığını deyib.
"Dəfələrlə demişik, yenə də təkrar edirik. Zəlzələnin dəqiq proqnozu yoxdur və kimsə seysmik bölgədə yerləşən ərazilərdə zəlzələ olacağını deyirsə, burda hansısa qeyri-adi nəsə ortaya qoymur. Çünki burada əsas sual dəqiq proqnozdur və onu da qeyd etdiyim kimi heç bir alim, heç bir mütəxəssis verə bilmir. Bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələ zamanı da bir çox "ekspertlər" Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər ortaya atıb insanları narahat edir, təşviş yaratmağa çalışırdılar. Biz o zaman da bununla bağlı kifayət qədər açıqlamalar verdik ki, insanlarımız narahat olmasınlar. Çünki zəlzələ insanlarda təkcə qorxu yaratmır. Həm də psixoloji olaraq narahatçılıqlar yaradır. Azərbaycanda zəlzələlərin öyrənilməsi ilə məşğul olan təşkilat var və 24 saat ərzində respublika ərazisi seysmik monitorinq altındadır. Odur ki, hansısa elmi sübutlara əsaslanmayan, ictimaiyyətin diqqətini özünə cəlb etmək üçün ortaya atılan fikirləri yayıb insanlarımızı boş yerə narahat etməyin, lütfən", - o qeyd edib.

Sosial       Tarix: 24 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler son xeberler azerbaycan xəbərlər kriminal xeber