Azərbaycanda hansı banklar aşağı faizlə kredit verir? - SİYAHI

Azərbaycanda hansı banklar aşağı faizlə kredit verir? - SİYAHISon illər ölkədə banklara və digər bank olmayan kredit təşkilatlarına kreditlə bağlı müraciətlərin sayı kəskin artıb.
Əvvəlki illərə nisbətən, əhali müxtəlif məqsədlər üçün kreditlərdən daha çox istifadə edir. Kreditlə bağlı müraciətlər daha çox ev, maşın və digər əmlaklarla əlaqədar olur.
Ölkəmizdə fəaliyyət göstərən banklarda isə təqdim olunan kredit faizləri, ödəniş müddəti və məbləğlər müxtəlifdir. Ümumi olaraq 9.5 faizdən başlayan faizlər 26 faizə qədər yüksəlir. Bəs görəsən banklar arasında ən aşağı kredit faizlərini hansı təqdim edir?
KONKRET.azbankların kredit faizlərini oxuculara təqdim edir:
Azərbaycanda nağd pul krediti verən banklar arasında ən aşağı faizi 9.5 faizdən başlayaraq, "Expressbank" təqdim edir. Vətəndaşlar bankdan 70 min manatadək pul kreditini 59 aya qədər müddətlə götürə bilər.
"Bank Respublika"da maksimum 50 min manata qədər pul krediti 10 faizdən başlayır. Bankda kredit müddəti 6 aydan 48 aya qədərdir.
Ölkədə uzun müddətdir fəaliyyət göstərən "AccessBank"da nağd pul krediti 10-26 faiz arası dəyişir. Bank tərəfindən maksimum təklif olunan kredit məbləği 40 min manatdır.
"Azərbaycan Beynəlxalq Bank"ında kredit faizləri 10.9-dan başlayır. Sözügedən bank 40 min manata qədər nağd krediti 60 ayadək ödənişlə təqdim edir.
"Bank VTB"-də isə 40 min manatadək nağd pul krediti 10.99 faizlə təqdim edilir. Bankda kredit ödənişlərinin müddəti 3 aydan, 59 aya qədərdir.
Qeyd edək ki, yuxarıda adı çəkilən banklarda nağd pul kreditləri ilə bağlı müraciətlərdə ("Expressbank" istisna olmaqla – 0-3.5 faiz) komissiya tələb olunmur. (Yenisabah.az)

Sosial       Tarix: 29 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber ən son xəbərlər xeberler son xəbərlər bugün 2026