Azərbaycanda həbsdə olan sabiq icra başçısı bəraət istəyir
Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyev barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib.
azxeber.com pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Şikayət hakim İlqar Qılıcovun icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, İ.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunub.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun cəzası 9 il 6 ayadək endirilib. Daha sonra İ.Vəliyev kassasiya şikayəti verib. Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, keçmiş icra başçısı kassasiya şikayətini geri götürüb. Bu səbəbdən məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
"Ebola virusu sürətlə yayılır" - ÜST
Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu - Rusiyada
Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
ABŞ NATO sammiti ərəfəsində Türkiyəyə "Kaan" qırıcıları üçün mühərrik satışını təsdiqləyəcək
TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?
Vətən müharibəsi qazisi bıçaqlandı
ABŞ Rusiyanın neft sanksiyaları üzrə istisnaları ləğv etdi