Azərbaycanda həbsxanada məhbus qarnına biz soxdu

Azərbaycanda həbsxanada məhbus qarnına biz soxduƏdliyyə Nazirliyi Penitensiar Xidmətin Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində insident baş verib.
KONKRET.az xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulan və məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə həbs cəzası alan məhbus, 1982-ci il təvəllüdlü Ehtiram Fərəcov kustar üsulla hazırlnmış bizi qarnına soxub. Hadisə ötən ilin dekabr ayında baş verib və həmin vaxt məhbusa tibbi yardım göstərilib.
E.Fərəcovun əməli ilə bağlı daha sonra Cinayət Məcəlləsinin 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə iş açılıb.
O, ifadəsində bildirib ki, bu əməli ailə məsələsinə görə törədib: "2021-ci il dekabrın 4-də tarixdə məhkumlar üçün nəzərdə tutulan telefon otağından ailəmlə telefon əlaqəsi saxladım, ailəmdə problemlərin olduğunu bildiyimə görə əsəb gərginliyi keçirmişdim. Belə ki, ailəli olub boşanmışam, iki övladım var. Telefon danışığı zamanı böyük övladımın xəstə olduğunu bildim. Buna görə də, anamgildən uşağı yanıma görüşə gətirmələrini istədim. Onlar isə bunun mümkün olmayacağını bildirdilər. Mən də özümə xəsarət yetirsəm uşağı görüşə gətirəcəklərini fikirləşdim və həmin gün saat 15:30 radələrində əvvəlcədən müəssisə ərazisindən tapdığım bizi götürüb saxlanıldığım kamerada özümə xəsarət yetirdim. Kamerada olduğum zaman bizi qarın nahiyəmdən vurdum və bədənimə sancılmış vəziyyətdə qaldı. Daha sonra dəhlizə çıxaraq müəssisə əməkdaşlarına yaxınlaşıb etdiyim hərəkət barədə onlara məlumat verdim. Müəssisə əməkdaşları məni dərhal müəssisənin tibb sanitar hissəsinə apardılar. Həkim qarın nahiyəmə sancılmış vəziyyətdə olan bizi çıxardı".
Şəki rayon Məhkəməsi məhbusun cəzaçəkmə müəssisəsində törətdiyi əməllə bağlı ona hökm oxuyub. E.Fərəcovun cəzasının çəkmədiyi 2 il 2 ay müddətin üstünə əlavə 2 ay gələrək ona qəti olaraq 2 il 4 ay müdətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Hadisə       Tarix: 23 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 cəbhədən ən son xəbər xeber son xeberler bugun 2026 muharibe