Azərbaycanda ictimai nəqliyyatın və yanacağın qiyməti niyə dəyişdirildi? - Deputat danışdı
"Tarif Şurasının yanacağın qiymətinə yenidən baxması çox labüd məsələlərdən yaranıb".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycanda yanacağın və ictimai nəqliyyatdakı qiymətlərin dəyişməsindən danışarkən deyib.
Deputat bildirib ki, qiymətlərin dəyişməsinin səbəbləri var:
"Üç il öncə qiymətlər dəyişmişdi. Bunun başlıca səbəblərindən biri bir çox nəqliyyat vasitəsinin, xüsusilə metro və ictimai nəqliyyatən dotasiyayla çalışmasıdır. Digər səbəblərdən biri elektromobil avtomobillərin stimullaşdırılmasıdır və yanacaqla istifadə olunan avtomobillərin mərhələli şəkildə azaldılmasına hesablanan addım kimi də qiymətləndirilməlidir. Bir çox səbəblər də saymaq olar. Təbii olaraq yanacağın qiymətində, nəqliyyatda, metroda qiymət dəyişiklıkləri digər sahələrdə də qiymətlərin dəyişməsinə səbəb ola bilər. Bu, iqtisadiyyatda qaçılmaz olur. Təəssüf ki, vacib olmayan yerlərdə bir çox işbazlar bundan istifadə edirlər. Əlbəttə ki, bu hərəkət yolverilməzdir. Qarşısı alınmalıdır. Çünki artım sadə, aztəminatlı ailələrin büdcəsinə ciddi təsir göstərir".
Millət vəkili hesab edir ki, ölkədə yenidən maaşların, təqaüdlərin artırılması gözlənilir:
"Ümumiyyətlə, Azərbaycan sosial dövlətdir. Zaman-zaman maaşların, təqaüdlərin artırılması prosesi gedir. Əminəm ki, bu proses davamlı olacaq və biz bunu həm payız aylarında, həm də 2025-ci ilin yanvar ayından etibarən müşahidə edə biləcəyik. Bu, davamlı Azərbaycan iqtisadi siyasətindəönəmli məqamlardan biridir. Qeyd etdiyimiz proses həmişə davamlı və dayanıqlı olacaq. Minimum bazar zənbilinin, insanların alıcılıq qabiliyyətinin və onların maaşlarının artması bir-birindən əlaqəli şəkildə baş verir. Təkrar edirəm ki, növbəti aylarda həm minimum əməkhaqlarının, həm pensiyaların, həm də maaşların artımının şahidi olacağıq".
Mikayıl Mirzəzadə
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır