Azərbaycanda idmançı trenajor zalında öldü - FOTO
Biləsuvar rayonunda trenajor zalında ölüm hadisəsi baş verib.
azxeber.com interpress.az-a istinadla xəbər verir ki, hadisə Biləsuvar şəhərində fəaliyyət göstərən idman zalında olub.
Belə ki, bura məşqə gələn, Biləsuvar şəhər sakini Əhmədov Azər Həsən oğlu trenajorda məşq edərkən qəfildən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir.
Qeyd edək ki, 1973 - ci il təvəllüdlü Azər Əhmədov rayonda idmançı kimi tanınır. Gənc yaşlarından karate idman növü ilə məşğul olub. Bir neçə dəfə respublika çempionluğun əldə edib. İranda və Ukraynada keçirilən beynəlxalq yarışlarda kubok qaliblərindən olub. Məşqçi-müəllim kimi çalışıb.
Birinci Qarabağ müharibəsi veteranı olan A. Əhmədov son illər başqa sahədə çalışsa da, mütamadi idmanla məşğul olurdu.

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var