Azərbaycanda ilk dəfə bankın ləğv prosesi yekunlaşdı

Azərbaycanda ilk dəfə bankın ləğv prosesi yekunlaşdıƏmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycanda ilk dəfə olaraq ləğv prosesində olan bankın ləğvetməsi yekunlaşdırılıb.
Bu barədə KONKRET.az-a Fonddan məlumat verilib.
Belə ki, 1992-ci ilin dekabr ayından etibarən bank fəaliyyətini həyata keçirmiş "Borçalı" KB-nin fəaliyyəti 31.01.2005-ci il tarixdə dayandırılmış və məcburi ləğv prosesi başlanılıb.
Həmin vaxtdan 2017-ci ilədək ləğvetmə ilə "RR and VAM" Beynəlxalq auditor firması, daha sonra isə "RR&VAM Beynəlxalq Audit Konsaltinq" MMC məşğul olub.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.08.2017-ci il tarixli, 2-1(103)-1376/2017 nömrəli qərardadı ilə məcburi ləğv edilmiş "Borçalı" KB-yə təyin edilmiş "RR&VAM Beynəlxalq Audit Konsaltinq" MMC-nin ləğvedici qismində fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.
Fond Banka ləğvedici təyin edildikdən sonrakı dövr ərzində Bankın öhdəliklərinin qısa müddət ərzində icrasının təmin edilməsi istiqamətində qanunla müəyyən edilmiş tədbirlər həyata keçirmiş və nəticədə bütün öhdəliklərin icrası tam təmin olunub.
Fond tərəfindən LPO "Borçalı" KB-nin ləğv prosesinin yekunlaşdırılması və Bankın ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilməsinə dair ərizə ilə müvafiq Məhkəməyə müraciət edilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.12.2023-cü il tarixli, 2-3(102)-12/2023 nömrəli qərarı ilə Fondun ərizəsi təmin edilərək, LPO "Borçalı" KB-nin ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilmiş və Bankın ləğv prosesi yekunlaşdırılıb.
Onu da qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində hazırda 22 bank vardır. Fond bu bankların da ləğvetməsini kreditorların maraqlarına uyğun şəkildə mümkün ən qısa zaman ərzində yekunlaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirməkdədir.

Sosial       Tarix: 27 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler sonxeber az xeberler bugun 2026 xeber