Azərbaycanda ilk dəfə: Tələbə Avropa Parlamentinə rəsmi təcrübəçi kimi qəbul oldu
Azərbaycanlı gənc xanım Avropanın siyasi mərkəzi olan Avropa Parlamentinə qəbul olub.
KONKRET.az xəbər verir ki, azərbaycanlı gənc xanım tələbə – Cavidə Rəhimova ilk dəfə olaraq Avropa Parlamentində rəsmi şəkildə 3 aylıq təcrübə proqramına qəbul olunub.
Belə ki, bu, həmyerlilərimizin dünyanın ən nüfuzlu qurumlarından biri olan Avropa Parlamentində rəsmi şəkildə və ödənişli əsaslarla olan ilk təcrübəsidir.
Həmyerlimiz hazırda Parlamentin "İnkişaf Komitəsi", "Büdcəyə Nəzarət Komitəsi", "İnsan Hüquqları Komitəsi" üzrə fəaliyyət göstərən Avropa Parlamenti deputatının xüsusi təcrübəçisi olaraq fəaliyyət göstərir.
Qeyd edək ki, Cavidə Rəhimova 2016-2020-ci illər ərzində Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə əyani təhsil alıb. Təhsil müddətində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində təcrübə proqramını tamamlayıb.
2020-ci ildə Bakalavr pilləsi üzrə təhsilini tamamladıqdan sonra, magistr təhsilinə Belçika Krallığında yerləşən Vrije Universiteit Brusselsdə "Avropa və Beynəlxalq İdarəetmə" ixtisası üzrə davam edib. Bu müddət ərzində Belçikada fəaliyyət göstərən "Caspian Initiative for Integration and Partnership" (CIEIP) tələbə təşkilatının qurucularından biri olub, hazırda isə bu təşkilata sədrlik edir.
Avropa Parlamentində rəsmi olaraq 3 ay müddətində təcrübə proqramına qəbul olması həmyerlimizə bu qurumda büdcə nəzarəti və inkişafı sahəsində təcrübə və bilik əldə etməyə, bacarıq və təcrübələrini daha da artırmağa imkan verəcək.
Natiq Səlim,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi