Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? - FOTO+RƏSMİ AÇIQLAMA

Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? - FOTO+RƏSMİ AÇIQLAMAAzərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? - FOTO+RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi​ vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətlər davam edir.
Bu barədə Oxu.Az-ın suallarına cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova açıqlamasında bildirib. 
Onun sözlərinə görə, məqsəd, kibermühitdə ermənilərin təxribatlarının, eyni zamanda bəzi vətəndaşların Azərbaycan ordusunun uğurlu əks-həmlə tədbirləri gedişində hərbi sirr daşıyan məlumatların yayılmasının qarşısını almaqdır:
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? - FOTO+RƏSMİ AÇIQLAMA"Siz də bilirsiniz ki, düşmən xüsusən sosial şəbəkələrdə saxta profillərlə Azərbaycan dilində yalan məlumatlar paylaşır və məqsəd vətəndaşlar arasında təşviş yaratmaqdır. Bununla yanaşı Azərbaycan Ordusunun düşmənin hərbi təxribatlarının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün uğurlu əks-həmlə tədbirləri gedişində bəzi vətəndaşlar hərbi sirr daşıyan, hərbi texnika barədə məlumatları əks etdirən paylaşımlar edirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəfələrlə əhaliyə bu barədə xəbərdarlıq olunub. İnternetin müvafiq sahələrdə məhdudlaşdırılması qanunvericilik əsasında həyata keçirilir. Sözsüz ki, məhdudlaşdırılmanı zəruri edən hallar aradan qalxdıqdan sonra internetin fəaliyyəti bərpa ediləcək".
G.Gözəlova açıqlamasında VPN-dən istifadə edən şəxslərlə bağlı məsələyə də münasibət bildirib:
"VPN-dən istifadənin məhdudlaşdırılması, onun istifadəçilərinin müəyyənləşdirilməsi və cəzalandırılması ilə bağlı​ hər hansı bir qanunvericilik mövcud deyil. Sadəcə hər bir vətəndaş öz informasiya təhlükəsizliyinə məsuliyyətlə yanaşmalı, fərdi məlumatlarının əldə olunmasına imkan yaratmamalıdır. ​ Biz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq bu kimi məsələlərlə bağlı ictimaiyyəti mütəmadi məlumatlandırırıq. Sizin vasitənizlə bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, informasiya müharibəsinin də böyük önəm kəsb etdiyi bir zamanda informasiya təhlükəsizliyimizə qarşı maksimum ehtiyatlı olaq, təxribatın qurbanına çevrilməyək.
Yüzlərlə pulsuz​ VPN​ tətbiqləri mövcuddur. Hətta "Google Play" tərəfindən təsdiq edilsə belə, onların hamısı təhlükəsiz deyil. Pulsuz​ VPN​ provayderləri məlumatlarınızı marketinq məqsədləri üçün sata bilər. Adətən bu cür provayderlərin tətbiqdən qazanc əldə etmək üçün istifadəçilərin onlayn fəaliyyətini qeydə alır və üçüncü tərəf reklam şirkətlərinə satır. Xidmət provayderi siz onların tətbiqindən istifadə edərkən onlayn axtarış fəaliyyətinizi izləyə bilər. VPN-dən əlavə mobil telefonlarınızda​ "Snapchat", "Picsart", "Tamable", "Codesignalcom", "Renderforest", "Zangi Messenger", "Sololearn", "Zoomerang", "Shadowmatic" tətbiqləri varsa, onları ​dərhal silin. Çünki bu proqramlar fərdi məlumatlarınız üçün təhlükə mənbəyi hesab oluna bilər. Belə ki, düşmən tərəf bu proqramlar vasitəsilə fərdi məlumatlarınızı ələ keçirə və çirkin məqsədlər üçün istifadə edə bilər.
Təcrübə göstərir ki, hətta "Play Store"-da təsdiq olunan tətbiqlər belə zərərli kodlar ehtiva edə bilər. Adətən bu kodlar tətbiqin "source" kodunda yerləşdirilir və yalnız üçüncü tərəf skan tətbiqlər tərəfindən aşkar edilə bilir. Bu zərərli kodların məqsədi sizin onlayn fəaliyyətinizi izləmək və məlumatlarınızı üçüncü tərəf serverlərə göndərməkdir. Pulsuz​ VPN​ xidmətləri​ internet bağlantısını qorumaq üçün güclü şifrələməyə malik olmur və istifadəçinin IP ünvanı sızdırıla bilər. Pulsuz​ VPN​ xidmətləri adətən zəif şifrələmə sisteminə malik olur və haker hücumlarına həssas olur. Fərdi məlumatlar ələ keçirilə bilər".
Xatırladaq ki, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının​ Qanununun 16.1-ci maddəsinə əsasən, fövqəladə hallarda, fövqəladə​ və ya hərbi​ vəziyyət şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər.​ Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 517 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"ın 3.1.2-ci maddəsinə əsasən, telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müntəzəm olaraq vətəndaşlarımızı kibertəhlükəsizlik qaydalarına əməl etməyə səsləməkdə, bununla bağlı müvafiq xəbərdarlıqlar ünvanlamaqda və metodiki, texniki dəstək göstərməkdədir.
Könül Cəfərli 

Siyasi       Tarix: 09 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler cəbhədən son məlumat son xeber son xeber.az