Azərbaycanda iş saatları dəyişdirilsin - Deputatdan təklif
Bir sıra inkişaf etmiş ölkələrin praktikası göstərir ki, işə başlama və işin başa çatma saatlarının, xüsusən də sektor üzrə fərqləndirilməsi tıxacların azaldılmasında istifadə edilən mühüm və səmərəli alətlərdən biridir.
azxeber.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, Azərbaycanda da iş saatlarının sektorlar üzrə fərqləndirilməsi məqsədəuyğundur.
"Biz təklif edirik ki, Azərbaycanda da fərqli iş saatları tətbiq olunsun. Bu dövlət və özəl sektorları üzrə fərqli iş saatları rejminin tətbiq edilməsinə gətirib çıxara bilər.
Misal üçün, əksər inkişaf etmiş ölkələrdə dövlət sektoru özəl sektordan tez işə başlayır. Nəzərə alsaq ki, Azərbaycanda dövlət sektoru məşğul əhalinin sayında xüsusi paya malikdir, dövlət sektorunun daha tez işə başlaması istər şəxsi, istərsə də ictimai nəqliyyatdan istifadəni saatlar üzrə bölüşdürülməsinə gətirib çıxara bilər. Eyni zamanda işə tez başlayan qrumlar işi bir saat tez başa vuracaqlar ki, bu da axşam saatlarında da tıxacın azaldılmasına imkan yaradacaq", - deyə o, qeyd edib.
Qeyd edək ki, 2023-cü il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 min nəfər və ya 0,3 faiz artaraq, 1725,5 min nəfər olub. Onlardan 894,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 831,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi