Azərbaycanda kağızın qiyməti niyə bahalaşır? - AÇIQLAMA
Son dövrlərdə Azərbaycanda kağızın qiymətində ciddi artım müşahidə olunur. Bəzi mağazalarda A4 kağızının qiyməti hətta 13-14 manata qədər bahalaşıb. Bəs görəsən, bu bahalaşmanın səbəbi nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli Azərbaycanda A4 kağızının istehsal edilmədiyini bildirib: "Kağız istehsalı ilə bağlı təcrübəmiz yoxdur. Bununla yanaşı kağız isethsalı üçün yetərli xammal da mövcud deyil. Bu məhsulun ölkəmizdə istehsalı rentabelli deyil. Buna görə də A4 kağızını xarici ölkələrdən idxal edirik. Kağız istehsalı işinin təşkili üçün ixtsisaslı işçi qüvvəmiz də yoxdur. Azərbaycanın kağız idxalının 99 faizi Rusiyanın payına düşür. Rusiyada meşə sənayesi kağız istehsalına geniş imkanlar yaradır. Onların bu sahədə geniş təcrübəsi var və daha ucuz, keyfiyyətli məhsul təqdim edir".
İqtisadçı bildirib ki, kağızın bahalaşmasının bir neçə səbəbi var: "Pandemiya ümumilikdə qlobal iqtisadiyyata mənfi təsir etdi. Pandemiyadan sonra meşə sənayesi məhsullarının və taxtanın qiyməti iki dəfəyə qədər bahalaşıb. Demək olar ki, əksər məhsulların qiymətində artım müşahidə olundu. Son günlər yaşanan bahalaşmanın əsas səbəbi isə Rusiyaya tətbiq olunan sanksiyalardır. Rusiyanın kağız istehsalı üçün öz xammalı olsa da, digər lazımı məhsulları Almaniya və başqa Avropa ölkələrindən alır. Buna görə də istehsal xeyli çətinləşib. Pul ödəmələrində xeyli ləngimələr var. Sanksiyalar rus şirkətlərinin iş prosesini pozub. Dəyər zəncirində ciddi qırılmalar yaranıb. Bütün bunlar kağız istehsalını çətinləşdirir və istehsalın həcmi getdikcə azalır. Nəticədə Rusiyadan aldığımız kağızın qiyməti günü-gündən artır".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı