Azərbaycanda karantin rejimi tezliklə ləğv edilə bilər - AÇIQLAMA
Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 828 825 nəfər təşkil edib ki, onlardan 818 497 nəfər müalicə olunaraq sağalıb.
Pandemiya dövründə ölkəmizdə 10 138 nəfər koronavirus qurbanı olub.
Məlumat üçün bildirək ki, hazırda ölkədə 190 aktiv koronavirus xəstəsi var. Həm yoluxma, həm də aktiv xəstələrlə bağlı rəqəmlərin aşağı olması Azərbaycanda tezliklə karantin rejiminin ləğv ediləcəyini gündəmə gətirib. Soisal şəbəkələrdə də may ayından etibarən aktiv qadağaların və ölkədə karantin rejiminin ləğvinin mümkünlüyü barədə müzakirələr gedir.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik və karantin rejiminin maydan etibarən ləğvinin mümkünlüyünü soruşduq. Tanınmış professor BAKU.WS-ə bildirdi ki, hər bir ölkə epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul edə bilər:
"Koronavirus pandemiyasının sonu ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) raportu ortada yoxdur. Bu o deməkdir ki, proses davam edir. Lakin hər bir ölkə öz epidemioloji vəziyyətini dəyərləndirib ayrıca qərar verə bilər. Biz bunun bir neçə ölkədə şahidi olmuşuq.
Azərbaycan epidemioloji vəziyyəti ciddi şəkildə izləyir və lazım olan halda müvafiq qərarlar veriləcək. Hesab edirəm ki, pandemiyanın sonu yaxınlaşır və bu müddət çox uzaqda deyil. Azərbaycanda vəziyyət stabilləşəndən sonra müvafiq qərarlar ictimaiyyətə açıqlanacaq". / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu