"Azərbaycanda koronavirus şübhəsi olan yeni xəstə aşkarlanmayıb" - Baş infeksionist

"Azərbaycanda koronavirus şübhəsi olan yeni xəstə aşkarlanmayıb" - Baş infeksionistAzərbaycanda hazırda koronavirusa yoluxma şübhəsi ilə yalnız iki nəfər Kiniki Tibbi Mərkəzdə müalicə alır, lakin həmin şəxslərin heç birində virus aşkarlanmayıb.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, ölkədə koronavirus şübhəsi olan yeni xəstə qeydə alınmayıb. C.İsayev indiyədək ölkədə koronavirusa yoluxma halının aşkar edilmədiyini də söyləyib.
Baş infeksionist hesab edir ki, Bakıdan Çinə yerinə yetirilən aviaresyslərin dayandırılması ilə əlaqədar həmin ölkədən Azərbaycana virusun gətirilməsi ehtimalı da azdır.
C.İsayev əlavə edib ki, koronavirusa yoluxan şəxslərin analizləri Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində testlər vasiəsilə aparılır.
Xatırladaq ki, hazırda Kliniki Tibbi Mərkəzdə koronavrusla əlaqədar iki nəfər müalicəsini davam etdirir.
Səhiyyə Nazirliyinin məlumatına görə, 1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində Çində olub: "Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq. 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Çində təhsil alır: "Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler son xeberler bu gun sou xeberler bugun en son xeberler