Azərbaycanda koronavirusa görə hazırlanan hotelçilik sənədində boşluqlar var - AÇIQLAMA

Azərbaycanda koronavirusa görə hazırlanan hotelçilik sənədində boşluqlar var - AÇIQLAMAAzərbaycanda koronavirusa görə hazırlanan hotelçilik sənədində boşluqlar var - AÇIQLAMA
"Hotellər karantindən sonra qonaqların qəbuluna və yerləşdirilməsinə xüsusi diqqət ayıracaq".
Bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ili "Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı" mövzusunda onlayn müzakirə zamanı bildirilib.
Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyev öz çıxışında karantin dövründən sonra daxili turizmin inkişaf etdirilməsi və vətəndaşlara daha sərfəli turizm xidmətləri göstərmək üçün turizm şirkətləri ilə hotellərin sıx əməkdaşlıq etməsinin vacib olduğunu qeyd edib.
Eyni zamanda, hotel nömrələrindən istifadə edən müştəri hoteldən çıxış etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq, yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib, yeni müştərilərin istifadəsinə veriləcək.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində COVID-19-un profilaktikasına dair metodiki göstərişlər hazırlayıb:
"Dövlət Turizm Agentliyi tərəfindən turizm və hotelçilik sektorunda koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər dərc olunub. Orada ictimai iaşə müəssisələri və turizm nəqliyyatı üçün göstərişlər var. Assosiasiya tərəfindən mütəmadi olaraq hotellərə, ictimai obyektlərə tövsiyələr verilir.
AQTA ilə birlikdə onlayn konfrans keçirdik. Konfransda Bakı şəhəri və regionlarda fəaliyyət göstərən 60 ictimai iaşə müəssisələrinin nümayəndələri iştirak edib".
S.Dübəndi hazırlanan göstərişin çatışmazlıqlarından da danışıb. O qeyd edib ki, sənəddə bəzi boşluqlar var:
"Turagentliklər üçün metodiki göstərişlər yox idi. Bu, çox təəccüblüdür. Çünki onlar ofisdə müştəri qəbul edir və ünsiyyətdə olurlar. Bir çox hotellərdə fitnes mərkəzləri, hovuzlar var. Onlara dair metodiki göstəriş lazım idi.
Hotel daxilində çamaşırxanaların işinə də səthi toxunulub. Görünür, sənədin tərtib olunmasında hotelçilikdən anlayışı olmayanlar iştirak edib. Dövlət Turizm Agentliyinin bu istiqamətdə mütəxəssisləri yoxdursa, həqiqi Assosiasiyalara, o cümlədən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasına müraciət edə bilər".
"Sənəddə hotel nömrələrindən istifadə edən müştəri oradan çıxış etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəsin buraxılmayacağı ilə bağlı göstəriş yoxdur. Məncə, əhəmiyyətsiz qərar olar. Vətəndaş hotelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların hərarəti ölçüləcək.
Koronavirus xəstəsi otaqdan çıxarıldıqdan sonra 48 saat o otağı saxlamağa ehtiyac yoxdur. Dezinfeksiya işləri aparıb, havalandırma etdikdən sonra otağı yenidən satışa çıxarmaq olar", - deyə ekspert qeyd edib.
İdarə Heyətinin sədri əlavə edib ki, hotellərdə və iaşə obyektlərində çalışan işçilərin hər üç saatdan bir əlcək və qoruyucu maskaların dəyişdirilməsi qaydası sahibkarlarda narazılıq yaradıb:
"Obyektin nə qədər çox işçisi varsa, hər üç saatdan bir əlcək dəyişdirilən zaman xərclər artır. Metodiki göstərişlərin icbari olub-olmaması Nazirlər Kabinetinin qərarından sonra bilinər. Hazırda bu metodiki göstərişlər tövsiyə xarakteri daşıyır.
Bu sənəd də gigiyena sahəsində mövcud olan qanunvericiliyə, standartlara, qida təhlükəsizliyi sahəsində olan normaya uyğun hazırlanıb. Bunu yeni qayda kimi qəbul etmək də düz deyil".
Hotellərdə daha bir yenilik isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq bufetlərin ləğv olunması, masalar arasında minimum iki metr məsafənin saxlanılması və sifarişlərin fərdi şəkildə hotel personalı tərəfindən qəbul olunmasıdır.
Qeyd edək ki, turizm və hotelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair sənədlə buradan tanış ola bilərsiniz.
İlhamə Əbülfət

Turizm       Tarix: 20 may 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən yeni xəbərlər bugünkü son xəbərlər gunun xeberleri