Azərbaycanda maaş və pensiyalar arta bilər - Hökumətə təklif verilib
"Azərbaycanda maaş və pensiyaların növbəti artımı ilə bağlı Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi qiymətləndirmələr aparılır. Nəzərə alsaq ki, pensiyaların indeksasiyası ilə yanaşı, pensiya yardımlarının məbləğlərə əlavə edilməsi həyata keçirildi. Buna görə, maaş və pensiyaların atırılması hökumət tərəfindən hazırlanan və həyata keçirilən qiymətləndirmələr əsasında baş tutur".
Bu sözləri BAKU.WS-ə açıqlamasında deputat Vüqar Bayramov bildirib.
O əlavə edib ki, millət vəkili olaraq sosial paket çərçivəsində vəsaitlərin ayrılmasını təklif edib.
"Qiymət artımlarına qarşı mübarizə, anti-inflyasiya tədbirləri Nazirlər Kabinetinin həyata keçirdiyi fəaliyyətlərdə əsas istiqamətlərdəndir. Nəzərə alsaq ki, yanvar və fevral aylarında cənab prezidentin imzaladığı sərəncamlarla əmək haqqı artımları reallaşdı. O cümlədən minimum əmək haqqında də artımlar baş verdi. 2023-cü ildə də dövlət büdcəsi xərclərinin 46 faizi sosial istiqamətə yənləndiriləcək.
Sosial təminat sisteminin gücləndirilməsi bu il üçün ən prioritet məsələlərdən biridir. Büdcənin fiskal imkanları çərçivəsində biz bu sahədə xüsusilə sosial istiqamətə və proqramlara ayrılan vəsaitlərin həcminin artırılmasını müşahidə edirik.
Fikrimcə, son illər sosial paketin reallaşmasını nəzərə alsaq bu, davamlı prosesdir. Qiymət artımlarının qarşısının alınması və istehlak bazarında inflyasiyanın optimal həddə saxlanılması əsas hədəf və prioritetlər sırasındadır.
Mərkəzi Bankın proqnozlarına əsasən, 2023-cü ildə inflyasiya səviyyəsi əvvəlki illə müqayisədə nisbətən səngiyəcək. Bu baxımdan sosial paketlərlə yanaşı qiymət artımlarının azaldılması öz vacibliyini qoruyub saxlayır",-deyə millət vəkili əlavə edib. / azxeber.com

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti