Azərbaycanda manatla bağlı PROQNOZ - Devalvasiya OLACAQ?

Azərbaycanda manatla bağlı PROQNOZ - Devalvasiya OLACAQ?Son 10 gündə neftin dünya bazar qiymətində 6% azalma qeydə alınıb. Ötən ayın 28-də 81 dollara təklif edilən "Brent" markalı neftin bir barelinin qiyməti 76 dollaradək azalıb.
Qeyd edək ki, "Brent" markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub. Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2022-ci il ərzində 27,1 faiz artaraq 2023-cü ilin 1 yanvarına 8 milyard 995,7 milyon ABŞ dolları həddinə çatıb. Qurumun açıqladığı məlumatdan aydın olur ki, indiki məbləğ 2021-ci il dekabrın 1-i ilə müqayisədə 12,9 faiz artım deməkdir. Mərkəzi Bank həmçinin bildirir ki, bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 17 milyard 460,3 milyon manat təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 4,5 faiz çoxdur. Lakin 2022-ci il ərzində ölkədə pul bazası son 1 ildə isə 2,7 faiz azalıb.
Ötən gün isə ABŞ-nin sabiq Prezidenti Donald Tramp Amerikada keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün partiyasından namizədliyini irəli sürüb. Artıq Tramp Nyu-Hempşir ştatında keçirilən ilkin seçkilərdə rəqibi Nikki Heyliyə qalib gələrək Respublikaçılar Partiyasının namizədi olmağa bir addım da yaxınlaşıb. Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi üçün verdiyi vədlərdən biri də neftin qiymətini 30-40 dollara enəcəyi olub.
Bəs dünya bazarında neft ucuzlaşarsa, Azərbaycanda devalvasiya baş verə bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a bildirib ki, neftin qiymətində həmişə siyasi faktorların təsirləri olub:
"ABŞ da dünyada ən çox neft idxal edən dövlətlər kimi neftin qiymətlərinin yüksək olmasında maraqlı tərəf kimi çıxış etməyib. Bu baxımdan təbii ki siyasi təsirlər var, amma çox qısa zamanda neftin dünya bazar qiyməti 30 dollara düşüb və uzun müddət o səviyyədə qalması yalnız siyasi təzyiqlərlə mümkündür. Çünki OPEC, yəni neft ixrac edən ölkələrin olduğunu açıqlayıb. Xüsusən Rusiya ABŞ-la heç də xoş olmayan münasibətdədir. Rusiya ən çox neft hasil edən 3 ölkədən biridir".
Deputat qeyd edib ki, yeni dünya iqtisadiyyatını nəzərə alsaq, Amerikanın neft bazarına təsiri əvvəlki illərə nisbətən bir qədər azalıb. Onun sözlərinə görə, neftin 30 dallara qədər enməsi və uzun müddət belə qalması indiki reallıqlara görə olduqca çətindir: "Xüsusən nəzərə alsaq ki, Brent markalı neftin hər bareli 80 dollardan baha satılır. Bütün bunlarla yanaşı Azərbaycan neft ölkəsi olaraq neft bazarındakı istənilən şoklara hazır olmalıdır. 2023-cü ilin yekunları da göstərir ki, Azərbaycan üçün ən vacib prioritet neftdən asıllığın minumumlaşdırılması və iqtisadi inkişafın daha çox qeyri-neft sektoru hesabına əldə edilməsidir".
Neftin qiymətində baş verəcək kəskin azalmalar Azərbaycana daxil olan valyutanın azalmasına gətirib çıxarır. Neftin qiymətinin yüksək olması isə ölkəyə daha çox valyuta gətirir. Amma bütün bunların fonunda təbii ki neftdən asıllığın minimumlaşdırılması və iqtisadi dəyərin qeyri-neft sektoru hesabına formalaşdırılması vacibdir – deyə Vüqar Bayramov əlavə edib. / azxeber.com

İqtisadiyyat       Tarix: 26 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xeber maliyye xeberler bugun cəbhədən xəbər xeber.az 2026