"Azərbaycanda minimum əməkhaqqı 600 manat olmalıdır" – İqtisadçı ekspert səbəbləri AÇIQLADI

 "Azərbaycanda minimum əməkhaqqı ilə minimum ehtiyac səbəti arasında tərs mütənasiblik var. Nəzərə alaq ki, ölkəmizdə minimum əməkhaqqı 345 manatdır. İnkişaf istiqaməti Avropaya olan bir ölkə üçünsə bu, heç də ürəkaçan mənzərə deyil".
Bunu KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, dövlətimizin inkişaf konsepsiyasında yazılıb ki, yolumuz Avropayadır: "Rusiya ilə nə qədər sıx iqtisadi əməkdaşlıq etsək də, bizi Avropaya bağlayan çox şey var. Xüsusən də iqtisadiyyatımızın qan damarı olan nəqliyyat dəhlizləri Azərbaycanı Avropaya qovuşdurur. Ona görə də müqayisəni Avropa ilə aparmaq məcburiyyətindəyik. Avropada ən yüksək minimum əməkhaqqı Lüksemburqdadır. Bu ölkədə minimum əmək haqqı 1735 avrodur. Qərbdə ən aşağı minimum əməkhaqqı Bolqarıstandadır. Həmin ölkədə isə bu rəqəm 335 avrodur. Göründüyü kimi, Avropanın ən kasıb ölkəsində belə minimum əməkhaqqı Azərbaycandan 2 dəfə çoxdur. Pribaltika ölkələrində isə minimum əməkhaqqı 500 avrodan yüksəkdir".
Müsahibimiz xatırlatdı ki, Azərbaycan Avropa Konvensiyasına qoşulanda öhdəlik götürmüşdü ki, minimum əməkhaqqını orta aylıq əmək haqqının 65 faizinə qaldıracaq:
"O zaman Azərbaycanda minimum əməkhaqqı 35 manat idi. O vaxtan bəri minimum əməkhaqqı 10 dəfədən çox artsa da, bu rəqəm orta aylıq əmək haqqının 60 faizinə çatmayıb. Ölkəmizdə orta aylıq əməkhaqqı 1000 manatdır. Bu da o deməkdir ki, minimum əməkhaqqı orta aylıq əmək haqqının 33,4 faizinə bərabərdir. Ölkəmizdə minimum ehtiyac səbəti bir nəfər üçün 287 manatdır. Bir uşağınsa minimum istehlak səbəti 235 manatdır. Azərbaycan hökümətinin fəlsəfəsindən yanaşsaq, 3 nəfərlik ailənin ehtiyac səbəti 809 manat olur. Amma ailədə bir nəfər işləyirsə və o, 350-400 manat maaş alırsa, bu zaman 3 nəfərlik ailənin minimum ehtiyacları ödənmir. Ona görə də Azərbaycan hökümətinin meyarları ilə 3 nəfərlik ailə ən azı 809 manat gəlir əldə etməlidir. İndiki reallıqda isə bu, mümkün deyil. Halbuki, hökümətimizin öhdəliklərinə görə minimum əməkhaqqı 600 manat, Azərbaycan hökümətinin fəlsəfəsinə görə isə 3 nəfərlik ailənin minimum gəliri 809 manat olmalıdır. Əgər biz Avropaya inteqrasiya ediriksə, onda Azərbaycanda minimum əməkhaqqı Bolqarıstandakı kimi 335 avro olmalıdır".
Natiq Səlim,
KONKRET.az

Sosial       Tarix: 31 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son.xabar xeber.az bu gun xeber.az