Azərbaycanda müayinəyə gedən xəstənin klinikada ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Azərbaycanda müayinəyə gedən xəstənin klinikada ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB11:28
Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində xəstəxanaya müraciət edən 67 yaşlı kişi ölüb.
İlkin məlumata görə, xəstə Şamil Nəbiyev həkim səhlənkarlığı nəticəsində vəfat edib.
Milli.Az bildirir ki, oxu.az məsələ ilə bağlı Mingəçevir şəhərində yerləşən "Nərgiz" Klinikası ilə əlaqə saxlayıb.
Klinikanın baş həkimi İlham Yusubov bildirib ki, həkim səhlənkarlığından söhbət gedə bilməz:
"Yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Şamil Kamal oğlu həyat yoldaşı və qızı ilə xəstəxanaya müraciət edib. Xəstə ağciyər və ürək çatışmazlığından əziyyət çəkib.
Xəstəxanaya daxil olan zaman o, 280 təzyiqlə çox ağır vəziyyətdə olub. Ş.Nəbiyev bir neçə ay bundan öncə başqa klinikada qasıq yırtığından əməliyyat olunub. Həmin gün də cərrahın yanına gedirmiş. 
Yolda vəziyyəti pisləşdiyi üçün cərrah onu həkimə yönləndirib. Ş.Nəbiyev daha əvvəl də bizim klinikanın kardioloqu Tural Allahverdiyevin xəstəsi olduğu üçün birbaşa klinikaya gəlib. Həkimlər dərhal xəstəyə tibbi yardım göstəriblər. Bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Məsələ ilə bağlı da aidiyyəti orqanlara məlumat verilib".
Xatırladaq ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb. Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən meyidə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
----------
10:15
Mingəçevir şəhərində xəstəxanaya müraciət edən kişi ölüb. 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Şamil Nəbiyev müayinə olunmaq üçün Mingəçevir şəhərində yerləşən "Nərgiz" klinikasına müraciət edib.
İlkin məlumata görə, Ş.Nəbiyev həkim səhlənkarlığı nəticəsində orada vəfat edib.
Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 23 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cebheden xeber kriminal xeberler xeber.az son xeberler