Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı
41 yaşlı kişi 3 nəfər qonşusunu bıçaqlamaqda şübhəli bilinir.
azxeber.com xezerxeber.az-a istinadla xəbər verir ki, hadisə Samuxun Çobanabdallı kəndində baş verib. Kənd sakini 41-yaşlı Fədail Quliyev qonuları - 22 yaşlı Ayxan Nəbiyevi, onun anası Aynur Nəbiyevayanı və 63 yaşlı Xaliq Həsənovu bıçaqlayıb. Daha sonra isə özünə xəsarət yetirib.
Hadisə zamanı xəsarət alan Xaliq Həsənovun sözlərinə görə, qonşusu ona heç bir səbəb olmadan qəflətən hücum edib. Kənd sakinlərinin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Fədail Quliyev ailəsi ilə ayrıldıqdan sonra uzun müddət tək yaşayıb. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Sakinlər adıçəkilən şəxsin bir müddət müalicə aldığını da qeyd ediblər.
Hadisə zamanı yüngül xəsarətlərlə qurtula bilən Xaliq Həsənov ilkin tibbi yardımdan sonra evə buraxılıb. Onun qonşuları - 22 yaşlı Ayxan Nəbiyev və anası Aynur Nəbiyevaya isə xəstəxanaya yerləşdirilib. Həkimlər gənc oğlanın vəziyyətini orta-ağır qiymətləndirirlər.
Polis hadisəni törətməkdə şübhəli bilinən 41 yaşlı Fədail Quliyevi saxlayıb, araşdırmalar davam etdirilir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi