Azərbaycanda otellərin qiyməti ucuzlaşacaq
Gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 % azaldılacaq.
Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənəd əsasən, söhbət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvanda hotel və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisindən gedir.
Bu, otellərdə ucuzlaşmaya səbəb ola bilərmi?
KONKRET.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Cebhe.info-ya iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu, regionlarda turizm həyatının canlanmasına, iş yerlərinin açılmasına və turistlərin axınına səbəb olan bir hərəkət olardı:
"Ümid edək ki, bu cür addımlar davamlı olacaq. Azərbaycanda 750-yə yaxın otel və yerləşmə yeri var. Ümumi otaq fondumuz təxminən 27 mindir, 60 minə yaxın isə yataq fondumuz var. Bu, Azərbaycan üçün böyük sayılmır".
Ekspert bildirib ki, bu cür vergi güzəştlərinin 3 il müddətinə nəzərdə tutulması kifayət qədər yaxşı zamanlamadır:
"Düşünürəm ki, bu cür güzəşt paketlərinin say çeşidi rayonlara görə daha da artırıla bilər. Son nəticədə bu regionda yeni tikinti işlərinin sahibkarlar tərəfindən aparılmasına stimul olacaq. Eyni zamanda, turizm biznesinin və turist axının regionda turist aktivliyinin istər daxili və istər xarici turistlərə yönəlmiş aktivliyin artırılmasına gətirib çıxaracaq. Əgər qarşımızda hədəf olaraq turizmin canlanması və gələcəkdə ölkəyə gələn xarici turistlərin sayının artması durursa, buna doğru addım atılmalıdır.
Xüsusən Dövlət Turizm Agentliyi tərəfindən 2026-ci ilə kimi xarici turistlər 4 milyon, daxili turustlərin sayı isə 6 milyona çatacağı qeyd olunur. Bu saya çatmaq üçün bu və digər təşviqedici metodlardan istifadə olunması çox yerində addımdır. Bunun davamlı olması əlavə olaraq turizmə bir təşviq olacaq".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi