Azərbaycanda "Pul nişanlarının reproduksiyası Qaydası" təsdiqləndi

Azərbaycanda Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Pul nişanlarının reproduksiyası Qaydası"nı təsdiq edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Reproduksiya – həqiqi pul nişanının bütöv səthinin, yaxud müəyyən hissəsinin və ya fərdi dizayn elementinin təsvirindən istifadə etməklə pul nişanının bənzərinin yaradılmasıdır.
Qərara əsasən, kağız pul nişanının reproduksiyası AMB-nin tədavülə buraxdığı (rəsmi) pul nişanının orijinal kağızından fərqlənən materialdan hazırlanmalı, bu zaman reproduksiyasının rəngi rəsmi pul nişanlarının rəngi tonundan ən azı 30 % tünd və yaxud ən azı 30 % açıq olmalı, kağız pul nişanının reproduksiyasının üzərində aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən "REPRODUKSİYA" sözü əks olunmalı, "REPRODUKSİYA" sözünün uzunluğu kağız pul nişanının reproduksiyasının uzunluğunun ən azı 75 %-ni, hündürlüyü isə reproduksiyanın eninin ən azı 15 %-ni təşkil etməli, ikitərəfli reproduksiyanın ölçüləri (eni və uzunluğu) rəsmi pul nişanlarının səthinin 50 %-nə qədər və yaxud 200 %-dən çox olmalı, birtərəfli reproduksiyanın ölçüləri (eni və uzunluğu) Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarının səthinin 75 %-nə qədər və yaxud 125 %-dən çox olmalı, kağız pul nişanının müəyyən hissəsinin və yaxud fərdi dizayn elementinin reproduksiyası rəsmi pul nişanının həmin hissəsinin və yaxud dizayn elementinin ölçüsündən 1/2 dəfə kiçik və yaxud 2 dəfədən çox böyük olmalı, kağız pul nişanının elektron reproduksiyasının keyfiyyəti 72 ppi-dan (72 dpi) çox olmamalıdır.
Bundan başqa, metal pul nişanlarının reproduksiyası hamar səthdə əks etdirilməli və rəsmi pul nişanlarında olan qabarıq dizaynda hazırlanmamalı, metal pul nişanlarının reproduksiyası metal olmayan və metal görüntüsü yaratmayan materialdan hazırlanmalı, metal pul nişanlarının reproduksiyasının ölçüləri (diametri və qalınlığı) rəsmi pul nişanlarının ölçülərindən 1/2 dəfə kiçik və yaxud 2 dəfədən çox böyük olmalıdır.
Bu qaydaların tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunacaq və tələblərə uyğun olmayan reproduksiyalar aşkar edildikdə, bu barədə məlumat qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndəriləcək.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Sosial       Tarix: 05 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək

Avro, dollar və yuan arasında qlobal valyuta rəqabəti XXI əsrin ən mühüm iqtisadi proseslərindən biridir. Son illərdə "dedollarizasiya" haqqında çox danışılır, lakin rəqəmlər göstərir ki, ABŞ dolları hələ də düny

Dünya bazarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qiymətli metalların qiymətlərində enmə müşahidə olunub. KONKRET.azxəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-c

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirili

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y

Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü

Qlobal enerji bazarlarında neftin qiymətində eniş tendensiyası davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,67 dollardan, ABŞ-ın yüngül xam nefti (WTI) isə 75,62 dollardan satılır. Nef

Neftin qiyməti ucuzlaşdı

Qlobal enerji bazarlarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barreli 82,92 ABŞ dollarına, WTI markalı yüngül neftin bir barreli isə 80,6

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı

Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur və müsəlman təqviminin ilk ayıdır. Bu ay xüsusilə faciəli tarixi hadisələr və dini-mənəvi dəyərlərlə əlaqələndirilir. Əsasən də səbr, ibadət

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber valyuta mezennesi banklar valyuta məzənnələri kriminal xeberler