Azərbaycanda qadın keçmiş ərinin ikinci arvadını bıçaqladı - TƏFƏRRÜAT
Astara rayonunda 1959-cu il təvəllüdlü Şəhla keçmiş ərinin ikinci arvadı Mədinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 23-də Astara rayonunun kəndlərindən birində baş verib.
Şəhla yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı mətbəx bıçağı ilə Mədinənin sağ bud nahiyəsinə bir dəfə vurub.
Hadisəni törədən Şəhlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəhla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Astara rayonunun kəndində yaşayır:
"Zərərçəkmiş Mədinə ərim Səlimin ikinci arvadıdır. Bir neçə ildir ki, Mədinə bizimlə yaşadığı üçün aramızda mübahisələr baş verir. Hadisə günü, saat 9 radələrində yaşadığım evdə olan zaman Mədinə yenidən mənə söz ataraq sataşdı. Mənim evdən getməyimi tələb etdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşdiyimdən və Mədinənin hərəkətlərindən bezdiyimdən mətbəx bıçağını götürdüm, onun arxa bud nahiyəsinə vuraraq ona xəsarət yetirdim. Qorxduğuma görə həmin mətbəx bıçağını həyətə tulladım. Ancaq hara tulladığımı dəqiq bilmirəm".
Astara Rayon Məhkəməsinin hökmü ilə Şəhla aylıq qazancının 20 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla altı ay müddətinə islah işləri cəzasına məhkum edilib. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi