Azərbaycanda qəfil ölümlərin sayı AÇIQLANDI: Özümüzü nədən qorumalıyıq?
Son dövrlər cəmiyyətimizdə qəfil ölümlər barədə xeyli xəbər dərc olunub. Bəzi şəxslər iddia edirlər ki, say əvvəlki illərə nisbətən çoxalıb.
Bəs görəsən, statistika nə yerdədir və mövcud reallığı yaradan səbəblər nədir?
KONKRET.az xəbər verir ki, Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəfil ölümlərin sayı 2022-ci ildə 896, 2023-cü ildə 565, 2024-cü ildə isə 533 hal təşkil edib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Rafail Daşdəmirov Oxu.Az-a açıqlamasında bildirib ki, qəfləti ürək dayanmasının səbəbi ürəyin işemik xəstəliyidir:
"Bu zaman tromboemboliya (qan damarında əmələ gəlmiş laxtanın axınla gedib kiçik mənfəzli damarın keçidini tıxaması – red.) və ürək ritm pozuntusu olaraq asistoliya (elektrik və mexaniki ürək aksiyasının tamam dayanması – red.) səbəbindən qəfləti ölüm baş verir. Ürək qan-damar sisteminin bir sıra xəstəlikləri nəticəsində öncə miokard infarktı, aterosklerotik dəyişikliklər nəticəsində koronar damarların tıxanması və güclü stres nəticəsində angiospazm ölümə səbəb ola bilər.
Əsasən, bunun bir sıra səbəbləri ola bilər: irsiyyətin rolu, stres faktoru, düzgün qidalanmamaq, yuxu rejiminin düzgün olmaması, alkoqol və tütün məhsullarından istifadə olunması və sair. Qəfləti ölümlərin səbəbi kimi müasir dünyamızda hərəkətsizliyin gətirdiyi piylənmənin rolunu da xüsusi vurğulamalıyıq".

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var