Azərbaycanda "Qiyamət saatı" - Planı belə icra etmək istəyirlər

Azərbaycanda Vaşinqton və Moskva Mərkəzi Asiya və Cənubi Qafqaz regionu uğrunda amansızcasına savaşır. Ukraynadakı müharibədən fərqli olaraq bu regionda qanlı döyüşlər getmir. Amma Cənubi Qafqazda ara-sıra silahlar danışır. Amma görünməz cəbhələrdə LGBT hərəkatı daha da genişlənib.
Təsadüfi deyil ki, bu ilin mart ayında Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan olan LGBT fəalları tərəfdarlarının dəstəyi ilə "IV Mərkəzi Asiya LGBT Platforması" adlı bir tədbir təşkil etmişdilər.
Ümumiyyətlə, artıq LGBT hərəkatının fəlsəfəsi haqında çox az adam məlumatsızdır deyə bu məsələnin üstündən keçmək olardı. Amma məsələ burasındadır ki, bu hərəkatın dərin qatlarında heç də insan hüquqları, "mavi"lərin cəmiyyətdən tam təcrid olunmaması detalları durmur. Məqsəd ənənəvi cəmiyyəti sarsıtmaqdır. Belə cəmiyyətlərdə istənilən təxribat üsulları rahatlıqla işə düşə bilir.
Xatırladaq ki, Azərbaycanda artıq siyasi, iqtisadi, ekoloji sahələrdə edilən cəhdlər, münaqişələrin həll olunmaması üçün vahid işlək mexanizmləri fiaskoya uğradı. Müzəffər Ali Baş Komandan 30 ilə yaxın davam edən qeyri-müəyyən vəziyyətə son qoyaraq Azərbaycan xalqının qələbə əzmini özünə qaytardı. Bu müddət ərzində həyata keçirilən, sosial-iqtisadi islahatlar uğurla həyata keçirildi. Siyasi sabitlik davam etdi. Doğrudur, ölkəmizdə ciddi problemlər hələ də qalmaqdadır. Korrupsiya və rüşvətxorluq sahəsində təsirli tədbirlər həyata keçirilsə də, sanki görünməz əl bu prosesin pauza düyməsini basdı. Yenə də məmur özbaşınalığı davam edir, məhkəmə və bank sektorunda iqtisadi prosesləri əngəlləyən ciddi maneələr daha da dərinləşib. Kadr islahatları demək olar ki, dayanıb. 15 ildən artıq işləyən və demək olar ki, kiflənmiş icra başçıları hələ də kreslolarında qalmaqdadır. Yeni kadrların əksəriyyəti ona göstərilən etimadı doğrultmur. Bütün bu və sadalamağıdımız digər problemlərin mövcudluğu dövlət mülkünün təməlindən gündə bir kərpici qoparır desək, yanılmarıq.
Amma təsəllimiz odur ki, bütün dövrlərin tarixi şəxsiyyəti Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri hələ də yaşayır. Bunu, əlbəttə, Qərb və Rusiyanın kəşfiyyat orqanları, təxribatçı qrupları, beyin mərkəzləri dərindən bilir. Ümumi rəy isə belədir ki, yalnız LGBT sahəsində kök salmış problemləri nüvə hissəcikləri kimi hərəkətə gətirmək olar. Görünən odur ki, xarici qüvvələr dövlətçiliyi dağıdacaq, ölkənin yeraltı və yerüstü sərvətlərinə daha asan yolla sahib olacaq daha dərin planlarını işə salır və bu, qlobal miqyas alır.
Bu isə vətəndaş mövqeyini parçalayan LGBT hərəkatıdır. Çox təəssüflər olsun ki, Azərbaycan teleməkanında aparıcı simaların davranışlarında, təqdim edilən prorqam və layihələrdə hərəkatın tezisləri açıq-aydın hiss edilir. Hətta dövlət televiziyası kimi tanınan AzTV-nin dəhlizlərində LGBT kimi tanınan gənclərin say çoxluğunun şahidinə də çevrilmişəm. Demək olar ki, hüquq-mühafizə orqanlarını çıxmaq şərtilə əksər dövlət orqanlarında yad dəyərlərə sadiq olan kadrlara rast gəlmək mümkündür.
Bu elə platformadır ki, xərçəng kimi dövlətin bütün orqanizmlərinə yayılır. Ən mühüm məqam isə odur ki, LGBT bir təşkilat kimi ortalığa çıxmır, ayrı-ayrı platformalarda zühur edir. Davranış qaydalarında, səs tembrlərində, hadisələrə baxış bucağında, ictimaiyyətlə əlaqələrində belələrini dərhal müəyyən etmək olur.
ABŞ-da, Qərbdə son illərdə kəhkəşanlı partilər, konsertlər, gey paradlar, seminarlar və digər "mədəni" tədbirlər təsadüfən bu qədər miqyasda keçirilmirdi. Artıq apardığımız analizlər, açıq mənbələrdən əldə etdiyimiz məlumatlardan da görünür ki, koronvirus pandemiyası ilə paralel 2019-cu ildə qlobal hərəkata tam hazırlıq baş verdi. 2022-ci ildən isə aktivlik genişləndi. Hədəf 2025-dir. Artıq Özbəkistanda keirilən seçkilərdə hərəkətlilik geniş miqyas alıb.
Azərbaycan dövlətinin əsaslarını dağıtmaq üçünsə ölkəmizdə keçiriləcək prezident seçkiləri "Qiyamət saatı" kimi qəbul edilib. Bu qəzəbli kolonun əsas missiyası yerli və beynəlxalq səviyyələrdə tarixdə görünməyən yeni düzəni formalaşdırmaqdır. Beləliklə, ən ali məqsəd Vezuvi vulkanı altında qalan Pompey şəhər-dövlətini indi Yer kürəsinin hər yerində bərqərar etməkdir.
Məsələn, ABŞ-ın Özbəkistandakı səfiri Conatan Henick kimi dövlət adamları dünyanı "göy qurşağı" kimi al-əlvan görmək istədiyini gizlətmədən bəyan edir. Yeri gəlmişkən, Rusiyada Vladimir Putin hakimiyyətinin qulağına pıçıldayan tapıldı ki, ruslar arasında kişi cinsindən olan cütlüyün evlənməsi və bu ənənənin xalqın mentalitetinə təntənəli şəkildə daxil olması daha dəhşətli fəlakətlərə yol açacaq. Belə davam edərsə, çox keçməyəcək, xəritədə böyük Rusiya Federasiyasının əvəzində Moskva Knyazlığı əks olunacaq. Odur ki, bütün dövlət strukturlarında "mavi" kadlara və onları himayə edənlərə müharibə elan edildi. İndi Kremlin beyin mərkəzləri ideoloqlarla birlikdə fundamental tezislər hazırlamaqdadır. Artıq Putinin dili ilə biz bəzilərini eşitmişik.
KONKRET.az-ın dünənki sayında Con Kennedinin qardaşı oğlu Robert Kennedinin açıqlaması da təsadüfi verilməmişdi: "Amerikalılara elə su içirdirlər ki, axırda uşaqlar da dönüb "mavi" olacaq". (https://konkret.az/robert-kennedi-amerikalilara-ele-su-icirdirler-ki-axirda-usaqlar-mavi-olacaq/)
Qlobal güclər dünya ölkələri arasında mədəni və sivilizasiya kodlarının fərqliliyini aradan tam qaldırmaq üçün bu hətəkatı genişləndirirlər. Əsasən də islam ölkələrində və yaxud bu dinə sitayiş edən əhalinin çoxluq təşkil etdiyi dövlətlərdə müxtəlif cinsi pozğunluqlar yayılmaqdadır. Bu gün dövlət strukturlarının elə rəhbərlərini tanıyıram ki, "gey"ləri, lezbiyanları və "mavi"ləri intellekt işığı hesab edir, onların zərərsiz olduğunu düşünür, ona görə də bu həyat tərzini istəyib-istəmədən təşviq edir.
Azərbaycanda yerli kütləvi informasiya vasitələrinin nümayəndələri arasında da belələri çoxalmaqdadır.
Bu gün Azərbaycanın ali siyasi rəhbərliyi və layiqli komanda üzvləri anlamalıdır ki, ideoloji anlamda "mavi"lər yeni dəyərlər sistemində qoyun dərisində canavar obrazıdır.
Bu hərəkat təkcə ailə dəyərlərini məhv etməyə çalışmır, dövlətə, dövlətçiliyə baxışlar kökündən dəyişir. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan çıxışlarında qloballaşmanın mənfi təzahürlərini, kosmoplit baxışları lazım gəldikdə sərt tənqid edir.
QEYD: Bu gün bir sıra ölkələrdə Qərb diplomatlarının çıxışlarında altı qırmızı xətlə cızılan bir fikrə diqqət yetirmək kifayətdir: "Bizim xarici siyasət maraqlarımız dəyərlərimizə əsaslanır. Biz bu dəyərləri hər zaman paylaşmağa hazırıq".
Azərbaycanda Prezident seçkilərinə hələ da var. Amma o günə qədər ölkədə kütləvi iğtişaşların formulasını tapmaq üçün paralel cəhdlər edilir. Dediyimiz kimi, bunlardan ən əsası LGBT platformasının hələ ki, uğurla həyata keçirilməsidir. Əminəm ki, Dövlət baba bunları görməzdən gəlmir.
Fadil Paşayev,
KONKRET.az

Siyasi       Tarix: 23 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarə

Putin narahatdır, Gerasimov prezidenti aldadır

Rusiya Prezidenti Vladimir Putin müsahibəsində rus ordusunun Kupyansk şəhərindən 2,5-5 kilometr aralıda olduğunu bildirib. Problem ondadır ki, həm Rusiya prezidenti, həm də Baş Qərargah rəisi Valeri Gerasimov əvvəllər dəfələrl

Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…

Ermənistanın yeni parlamentinin ilk iclası 3 avqusta planlaşdırılıb. -a istinadən xəbər verir ki, "Hraparak" qəzetinin məlumatına görə, ənənəyə uyğun olaraq, iclasa parlamentin ən yaşlı üzvü Knyaz Həsənov sədrli

Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanun

Hikmət Hacıyev professor Ceffri Saks ilə görüşdü – FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat üzrə dünya şöhrətli professor Ceffri Saks ilə görüşüb. xəbər verir ki, o, bu barəd

Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir

Azərbaycan və İrlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur.  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. "Bu gün Azərbayca

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO

İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.  AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda Birinci vitse-prezident Mehriban Əliyeva çıxı

Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"

Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının üzvü, sabiq deputat Arman Abovyan ölkədə qanunvericilik sisteminin və Konstitusiyanın dəyişdirilməsi prosesini kəskin tənqid edərək hakimiyyəti dövlətçiliyin əsasların

Rusiyada Putinin reytinqi kəskin azaldı

Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi bir həftə ərzində 3,4% bənd, onun fəaliyyətinin bəyənilmə səviyyəsi isə 3,5% bənd azalıb. KONKRET.azxəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSİOM


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun cəbhədən son görüntülər ən son xeberler xeber.az 2026