Azərbaycanda quru sərhədlərin bağlı olmağı ərəb turistlərin qarşısını alır? - AÇIQLAMA + FOTO

Azərbaycanda quru sərhədlərin bağlı olmağı ərəb turistlərin qarşısını alır? - AÇIQLAMA + FOTOAzərbaycanda quru sərhədlərin bağlı olmağı ərəb turistlərin qarşısını alır? - AÇIQLAMA + FOTO
"Azərbaycan tezliklə quru sərhədlərini açmalıdır. Bu olsa, ölkəyə turist axını iki dəfə artar. Turistlər təkcə bayram günlərində deyil, adi günlərdə də ölkəmizə səfər edərlər".
Bunu "Report"a açıqlamasında qarşıdan gələn Ramazan və Qurban bayramlarında Azərbaycana turist cəlb etmək üçün görülməli olan işlərlə bağlı danışan "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
Onun fikrincə, quru sərhədlərinin bağlı olması bütün ölkələrdən, o cümlədən müsəlman ölkələrindən Azərbaycana turist axınının qarşısını alır.
"Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ildən bütün dünyada turistlərin sayında ciddi azalma baş verdi. Ötən il və bu il turist sayında artım olsa da, göstəricilər hələ ki, 2019-cu ilin səviyyəsinə çatmayıb. Mərhələli şəkildə sərhədlər açıldıqca turistlərin də sayı artacaq və əvvəlki rekordları görmək imkanımız olacaq.
Hazırda ölkəmizə turistlər bayramlarda, özəl günlərdə və yay mövsümündə gəlirlər. Qarşıdan Ramazan və Qurban bayramlarının gəldiyini, onların da müsəlman dünyasının müqəddəs bayramları olduğunu nəzərə almalıyıq. Müsəlmanlar bu bayramları yüksək səviyyədə qeyd edir, həmçinin digər ölkələrə səfər edirlər.
Düşünürəm ki, qarşıdan gələn bayram günlərində yenə də bizə ərəb ölkələrindən turistlər gələcəklər. Hansı ki, bu vaxta qədər sərhədlər bağlı olduğu üçün gələ bilmirdilər. Artıq Azərbaycan öz hava sərhədlərini 70-dən artıq ölkəyə açıb. Bu ölkələr sırasında da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və başqa ərəb ölkələrinin adı var. Hesab edirəm ki, Ramazan və Qurban bayramlarında bu ölkələrdən turistlər daha çox gələcəklər.
Təbii ki, qardaş Türkiyə ilə gediş-gəlişdə bir çox rahatlıqlar əldə etdiyimiz, hətta şəxsiyyət vəsiqəsi ilə gedib-gəlməyin mümkün olduğu üçün Türkiyədən də qonaqlar gözləyirik. Artıq mövcud şəraitdə bu tendensiyanı müşahidə edirik. Əvvəllər azərbaycanlılar Türkiyəyə getməyə can atırdılar, amma indi qardaş ölkənin vətəndaşlarının da ölkəmizin turizm məkanlarını görməyə marağı artıb. Bu isə türk turistlərin sayının artması ilə nəticələnib.
Bayram günləri ölkəmizə gəlişini gözlədiyimiz turistlər sırasında qonşu İrandan olanlar da var. Novruz bayramı ərəfəsində İrandan Azərbaycana turist axını əvvəlki illərə nisbətən az oldu. Bunun bir neçə səbəbi var. Bunlardan biri, təbii ki, qeyd etdiyimiz pandemiya şəraitidir. İnsanlarda hələ də virusa yoluxma qorxusu var və bu səbəbdən də müəyyən kəsim insanlar səyahət etməkdən çəkinirlər.
Azərbaycanda quru sərhədlərin bağlı olmağı ərəb turistlərin qarşısını alır? - AÇIQLAMA + FOTODigər səbəb isə dünyadakı geosiyasi vəziyyətlə bağlıdır. Bu, insanları bir qədər narahat edir. Hazırkı böhran, müharibə həm insanların gəlirlərinə təsir edir, həm də başqa ölkələrə səfər etməkdən çəkindirir.
Düşünürəm ki, hazırda quru sərhədlərimizin bağlı olması da iranlı turistlərin ölkəmizə az gəlməsinə səbəb olan səbəblərdəndir. Çünki bu ölkədən ölkəmizə gələn turistlərə əsasən şəxsi nəqliyyat vasitəsi ilə ölkəmizə səfər etmək daha çox sərf edirdi. Hazırda isə quru sərhədləri bağlı olduğu üçün onlar yalnız hava nəqliyyatı vasitəsi ilə Azərbaycana gələ bilirlər. Bu isə bir çox iranlı turistin büdcəsinə uyğun olmadığı üçün İrandan Azərbaycana gələnlərin sayı da azalıb", - deyə o qeyd edib.
"Əgər pandemiya dövründə ölkəyə giriş-çıxış üçün həm vaksin pasportu, həm də PCR testi tələb edilirdisə, bir müddət əvvəl bu tələblərdən biri ləğv edildi. Hesab edirəm ki, PCR testinin verilməsi ilə bağlı tələbin ləğvi yerində və doğru verilmiş qərar idi. Məhz bu qərar ölkəmizə gələcək turistlərin sayının artması üçün daha çox münbit şərait yaradacaq", - deyə Ə.Qurbanov əlavə edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 246 277 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Rüblük göstəricinin 95 844-ü mart ayının payına düşüb. Bu da bir1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.
2022-ci ilin yanvar, fevral və mart aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105%, 112% və 112% artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61%, 56% və 61% geriləmə olub. Başqa sözlə, turizm sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.

Turizm       Tarix: 20 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun az xeber son xeberler az xəbərlər.com