Azərbaycanda rəzalətin yaşandığı məktəbdən AÇIQLAMA
Azərbaycanda orta məktəbdə rəzalət yaşandığı orta məktəbin nömrəsi bəlli olub.
BAKU.WS-in məlumatına görə, həmin məktəb 59 nömrəli tam orta məktəbdir. Görüntülərdə əks olunan hadisə 19.01.2023-cü il tarixində baş verib. 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb. Müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, bu səbəbdən məlum vəziyyətin yarandığını nəzərə çatdırıb. Həmçinin belə halların təkrarlanmayacağını, şagirdlərini sevdiyini, mövzuları izah etmək üçün ancaq tədris prosesinə uyğun üsullardan istifadə edəcəyini bildirib.
Həmin gün valideynlərlə əlaqə saxlanılıb, onlar görüş üçün məktəbə dəvət olunublar. Şagirdlərin məqsədyönlü şəkildə şıltaqlıq edərək dərs prosesini pozması, müvafiq görüntüləri ictimailəşdirərək müəllim nüfuzuna xələl gətirən müzakirələrə səbəb olması onların valideynləri tərəfindən də qətiyyətlə qınanır, məsələnin məktəbdaxili müzakirələr çərçivəsində aydınlaşdırılmasını dəstəklədiklərini bildirirlər. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var