Azərbaycanda tələbə vəfat etdi - FOTO
Azərbaycanda III kurs tələbəsi olan qız vəfat edib.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, vəfat edən Xanım Məmmədova Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi, Biologiya müəllimliyi ixtisasının tələbəsi olub.
O, uzun sürən xəstəlikdən sonra vəfat edib.