Azərbaycanda toy sahibi həbs edildi - VİDEO
Videosuna baxdığınız bu toy 28 mart tarixində Tovuz rayonunun İbrahim Hacılı kəndində baş verib. Pandemiya şəraitinə baxmayaraq, gizli şəkildə toy edilib, insanlar karantin qaydalarına əməl etmədən, toyda sıx halda və maskasız oturaraq, yeyib -içiblər.
Videodan da göründüyü kimi, eyni masa arxasında 10 nəfərdən çox qonaq əyləşib.
Open.az xəbər verir ki, qaydalara zidd keçirilən toy mərasimi polis tərəfindən təsbit olunub və sərt tədbirlər görülüb. Toya qəfil gələn polislər durum təsbiti etmək, subutları toplamaq üçün hadisəni çəkəndə ilk öncə qonaqlar heç nə fərq etməyiblər. Polislərsə "Allah xoşbəxt eləsin", deyərək, çəkilişə davam ediblər...
Lakin sonluq heç də xoşbəxt olmayıb. Toy sahibi həbs edilib, 31 qonaq isə hər biri 200 manatdan olmaqla, cərimələniblər.
Hesab edirik ki, dünyanın virusun pəncəsində qaldığı, hər gün minlərlə insanların öldüyü bir mühitdə bu cür məsuliyyətsiz davranmaq polisin müdaxiləsini haqlı çıxardır. Dünya, o cümlədən də Azərbaycan artıq əvvəlki kimi deyil və bunu qəbul edib, karantin qaydalarına uyğun şəkildə yaşamağa çalışmalıyıq.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar