Azərbaycanda Türkiyə HİSAR-ları yerləşdiriləcək - Şuşa Bəyannaməsinin açdığı daha bir fürsət

Azərbaycanda Türkiyə HİSAR-ları yerləşdiriləcək - Şuşa Bəyannaməsinin açdığı daha bir fürsətHərbi ekspert: "Bu sistemlərin Azərbaycana gətirilməsi və qurulması orta perspektivdə mümkündür"
"Şuşa Bəyannaməsi ilə Azərbaycan zəmanət alır ki, KTMT heç bir halda ona hücum etməyə cəsarət etməyəcək. Hər necə olmasa, həmin sənədin sonunda NATO ölkəsinin imzası durur".
KONKRET.az xəbər verir ki, bunu Minval.az-a açıqlamasında Türkiyəli tanınmış politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer deyib.
Özerin sözlərinə görə, bundan əlavə, sənəd Azərbaycanın hərbi sənaye kompleksinin inkişafının sürətləndirilməsinə xidmət edəcək. "Proses artıq PUA-ların istehsalı ilə başlayıb. Bundan əlavə, Türkiyə Azərbaycanla hərbi hava kəşfiyyatı məlumatlarını paylaşır ki, bu da hər kəsə aydındır. Düşünürəm ki, Türkiyənin öz hava hücumundan müdafiə sistemlərini Azərbaycanda yerləşdirəcək zaman da gələcək. Bu, Türkiyə milli HİSAR hava hücumundan müdafiə sistemlərinin istehsalına başladıqda baş verəcək", – deyə ekspert qeyd edib.
Azərbaycanda Türkiyə HİSAR-ları yerləşdiriləcək - Şuşa Bəyannaməsinin açdığı daha bir fürsətEngin Özer
Belə sistemlərin Azərbaycanda yerləşməsi ilə hava məkanımızın, strateji obyektlərimizin, o sırada neft-qaz kəmərlərinin mühafizəsi sözsüz ki, daha yüksək səviyyəyə qalxacaq. Bu həmçinin Türkiyənin ölkəmizdə ilk legitim hərbi baza qurması anlamına gələ bilər.
Vətən müharibəsi zamanı havada üstünlük qazanan Azərbaycan ordusu, 44 günə düşmənin dizini yerə vurdu. Bunun üçün düşmənin hava hücumundan müdafiə sistemləri, hava hücum vasitələri sıradan çıxarıldı. Azərbaycan Silahlı Qüvvələri müharibə zamanı düşmənin hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün əsasən zərbə tipli pilotsuz uçuş aparatlarından istifadə etdi. Bunu təsdiqləyən çox sayda videokadrlar da mövcuddur. Düşmənin hava hücum vasitələrinin və ya raketlərinin məhv edilməsini qeydə almaq elə də asan məsələ deyil, çünki onun hansı vasitə ilə və hansı istiqamətdən nə zaman hücum edəcəyi məlum olmur. Bu hücumun qarşısını almaq üçün istifadə ediləcək zenit-raket komplekslərinin bəziləri görüntü əldə etmək imkanlarına ümumiyyətlə, malik deyillər. 44 günlük savaşda cənub istiqamətində "Buk-2MB" zenit raket kompleksi ilə düşmənin ən azı iki ədəd, 9K388 "İqla -S" daşınan zenit raket kompleksi ilə bir ədəd "Su-25″ hücum təyyarəsi məhv edilib. Mingəçevirə və Gəncəyə atılan ballistik raketlər isə "S-300″ və "Buk-2MB" kompleksləri ilə zərərsizləşdirilib. Naftalan şəhərinə düşmənin atdığı kaset tipli "Smerç" raketləri də əsasən "Buk-2MB" kompleksləri tərəfindən Qaşaltı kəndinin üzərində aşağı yüksəklikdə zərərsizləşdirilib. İsraildən əldə edilən "Barak-8″ zenit raket komplekslərindən isə Xızıya atılan iki ədəd orta mənzilli ballistik raketin zərərsizləşdirilməsində istifadə edildiyi ehtimal olunur.
Ümumilikdə müharibə zamanı Azərbaycanın HHM qoşunları yaxşı nəticələr nümayiş etdirib və vəzifələrinin öhdəsindən gəlib. Mülki ərazilərimizə düşən raketlərə gəlincə, dünyanın heç bir HHM sistemi kütləvi hava hücumunun qarşısını tam almağa qadir deyil. Ballistik, taktiki və qanadlı raketlərin tək-tək tətbiq ediləndə belə, zərərsizləşdirilməsi çətin məsələdir. Yüksək hündürlüklü trayektoriya boyunca manevrlər edən raketlərin məhv olunması müasir HHM qoşunlarının zəmanətlə həll edə bilmədiyi vəzifələrdəndir. Burada HHM komplekslərinin izləmə və məhvetmə kanalının sayından hücum edən vasitənin radarlara görünmə əmsalına, kvaziballistik trayektoriyada uçuş yüksəkliyinə qədər müxtəlif faktorlar nəzərə alınmalıdır. Odur ki, hazırda HHM qoşunları Vətən Müharibəsinin müsbət və mənfi nəticələrini araşdırır, ehtiyac duyulan raketlərin və yeni komplekslərin alınması barədə tərəfdaşlarımızla müzakirələr aparır.
Aydındır ki, sərhədlərin demarkasiyasından sonra sülh sazişi imzalansa belə, Ermənistan ən azı yaxın perspektivdə düşmən ölkədən ehtimal olunan rəqib ölkəyə çevriləcək. Gələcəkdə yeni müharibəni və mülki əhalimizin bombalanmasını kimsə istisna edə bilməz. Bu baxımdan hava məkanımızın və sərhədlərimizin etibarlı şəkildə qorunmasını daim prioritet məsələ olaraq diqqətdə olmalıdır. Bu xüsusda Türkiyə ilə əməkdaşlığın yeni mərhələyə keçməsi, olduqca vacibdir.
Azərbaycanda Türkiyə HİSAR-ları yerləşdiriləcək - Şuşa Bəyannaməsinin açdığı daha bir fürsətƏdalət Verdiyev 
Hərbi ekspert Ədalət Verdiyev "Yeni Müsavat"a deyib ki, "Şuşa bəyannaməsi" ilə Azərbaycanla Türkiyə arasında münasibətlər tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə qalxıb:
 "Türkiyə ilə Azərbaycan arasında təyyarə məsafəsi 1 saatlıqdır. Bu gün Azərbaycana qarşı real hava təhdidləri mövcud deyil. Digər tərəfdən Türkiyə təyyarələri Azərbaycan səmasında uça da bilər, Azərbaycan ərazisindəki aerodromlara eniş edib qala da bilər. Gələcəkdə belə zərurət olacaqsa, bu halda Türkiyənin Azərbaycanda hərbi bazası da olacaq. Yaxın gələcəkdə bu olmasa da, orta perspektivdə olacaq".
Hərbi ekspert deyib ki, "Şuşa bəyannaməsi"ndə Azərbaycanda hərbi sənayenin inkişaf etdirilməsi ilə bağlı razılaşmalar yer alır:
"Bu gün "Akınçı" PUA-larının istehsalı ilə bağlı müəyyən razılaşmalar var. HİSAR sistemlərinin ölkəmizdə istehsalına gəldikdə isə bu gələcəkdə mümkün olacaq. Azərbaycanın PUA-ların kiçik modellərinin istehsalı üçün texnoloji potensial mövcuddur. Bir neçə ildir ki, Azərbaycanda "İti qovan" PUA-ları istehsal olunur. Amma hava hücumundan müdafiə sistemlərinin istehsalı mövcud deyil. HİSAR-ın Azərbaycana gətirilməsi, qurulması orta perspektivdə mümkündür".

Siyasi       Tarix: 18 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az son xeberler xeberler bu qun