Azərbaycanda vərəm təhlükəli hal alıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda vərəm təhlükəli hal alıb? - RƏSMİ AÇIQLAMASon günlər Azərbaycanda vərəm xəstəliyinin təhlükəli hal alması ilə bağlı məlumatlar yayılıb.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə pulmonoloq həkimlər paylaşım edirlər.
Qeyd olunur ki, bütün dünyada vərəmə nadir görülən xəstəlik olaraq baxılsa da, ölkəmizdə bu xəstəlik gündən-günə daha çox yayılır.
Pulmonoloq Həsən Həsənzadənin yazdığına görə, təcili tədbirlər görülməsə, çox gec ola bilər:
 "Ölkəmizdə vərəm xəstəliyi ilə bağlı vəziyyət ciddi, təhlükəli hal alıb. Kimsə deməsin ki, mən qorunuram. Bu mövzuda ya cəmiyyət qorunmalıdır, ya da kimsə fərdi şəkildə qoruna bilməz.
Tədbirlər yetərsizdir. Müalicələr yetərsizdir. Müalicə edənlərin (istisnalar var) bu mövzuda biliyi yetərsizdir. Maariflənmə yetərsizdir. Məcburi müalicə qanunları və tətbiqi şərtdir. Xəstəliyi və xəstəliyini bilib gizlədən, müalicə almayan xəstə məsuliyyət daşımalıdır. Ya həmən, indi tədbirlər başlanmalı, ya da artıq çox gecdir".
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan "Qafqazinfo"ya bildirilib ki, vərəm xəstəliyi xüsusi müayinə üsullarına əsaslanaraq, yalnız həkim ftiziatr tərəfindən diaqnozu təsdiq olunmalıdır. Bu da yalnız ixtisaslandırılmış vərəm müəssisələrində mümkündür.
Vərəm mikobakteyalarının (vərəm xəstəliyin törədicisi) aşkarı xüsusi vərəm laboratoriyalarında, dünyada və ölkəmizdə qəbul olunmuş, icra olunan, ÜST-nin tövsiyələrinə əsaslanan müayinələrin nəticəsində təsdiqlənir:
"Bu laboratoriyalar və xüsusi müayinələr səviyyəsinə əsaslanaraq Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutununda və vərəm əleyhinə müəssisələrdə aparılır.
Klinik protokollara uyğun olaraq ilkin səhiyyədə çalışan həkimlər, ixtisaslı mütəxəssislər, özəl klinikalarda işləyən hansısa bir mütəxəssislər pasiyentində vərəm diaqnozuna şübhələnərsə, təsdiqi üçün ixtisaslaşdırılmış vərəm müəssisələrinə yönəltməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbarı Tibbi Sığora Agentliyi tərəfindən Milli Vərəm Proqramı çərçivəsində vərəm xəstəliyinin aşkarlanması, müalicəsi və profilaktikası tam şəkildə aparılır və ölkədə yaşayan istənilən vətəndaş üçün əlçatandır. Vərəm xəstəliyi tam əminliklə aşkarlanan halda Respublika Gigiyena və Epidemiologiya mərkəzlərinə xəbərdarlıq göndərilir və xəstə qeydiyyata düşür. Bundan sonra həkim ftiziatr xəstənin Kliniki protokollara uyğun olaraq, müalicəyə başlanılır və tam həkim nəzarəti altında müalicə davam etdirilir".
İnstitutdan bildirilib ki, vərəm xəstəliyinin qarşısının alınmasının vacib aspektlerindən birincisi xəstəliyin profilaktikasıdır. İlkin addım kontaktları, yoluxmuş şəxsləri, risk qruplarının vaxtında aşkarlanması və İlkin Səhiyyə xidməti  ilə kolloborativ əməkdaşlıq, hətta özəl xəstəxanaların həkimləri bu işdə diqqətli olmalıdırlar: "Məqsədimiz əhalinin düzgün maarifləndirilməsi, doğru ünvana yönləndirlməsi, düzgün müayinə, diaqnostika və müalicəsdir. Vətəndaşları sosial şəbəkələrdə yayılan yanlış məlumatlara yox yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırırıq.
2022-ci il üzrə ölkədə cəmi 5320 vərəm xəstəsi qeydiyyata alınıb. Onlardan 2939 nəfəri həyatında ilk dəfə vərəmlə xəstələnən, 2381  xəstə təkrar olaraq qeydiyyata alınıb".

Sağlamlıq       Tarix: 20 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 cebheden xeberler kriminal enson xeberler