Yeməklərə qonan milçəklərdən bezmisiniz?
Yay aylarında ağcaqanadlar qədər milçəklər də çoxlarını bezdirir. Yeməklərə, mətbəx əşyalarına və zibil qutularının ətrafına toplaşan milçəklərdən xilas olmaq üçün təbii üsulların təsirindən yararlana bilərsiniz.
KONKRET.azmilli.az-a istinadən xəbər verir ki, milçəklər yay aylarında şəkər və zibil qoxusu kimi onların "yemək" hesab etdikləri qoxulara cəlb olunurlar.
Evlərə dadanan milçəkləri yox etmək üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz.
Alma sirkəsi və nanə – Alma sirkəsinin kəskin qoxusu təravətli nanə ilə birləşəndə milçəklər evinizə yaxınlaşa bilməyəcək. Bunun üçün sprey şüşəsinə yarım stəkan alma sirkəsi və bir neçə damcı nanə yağı əlavə edin. Bu qarışımı qapı və pəncərə kənarlarına püskürtdükdə milçəklər evinizdən uzaq qalacaq.
Dəfnə yarpağı – Dəfnə yarpağının milçəklərin xoşlamadığı kəskin qoxusu var. Onu otağın hava alan hissəsinə açıq qabda qoymaqla milçəklərin otaqdan qaçmasını təmin edə bilərsiniz.
Limon və mixək – Həm təbii, həm də kəskin qoxusu olan bu iki məhsulu birləşdirmək milçəkləri uzaqlaşdırır. Bunun üçün bir limonu ikiyə bölün və açıq hissəsinə bir neçə mixək sancın. Hazırladığınız mixəkli limonu masa və ya pəncərə kənarına qoymağınız kifayətdir.
Reyhan – Evdə reyhan bitkisi yetişdirmək xoş ətir yayaraq milçəkləri uzaqlaşdırır. Milçəklər reyhanın qoxusunu sevmirlər. Evdə hava alan bir yerdə dibçəkdə reyhan yetişdirə bilərsiniz.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı