Qardaş ölkəyə COVID yenidən qayıdıb - Azərbaycanda TƏHLÜKƏ RİSKİ

Qardaş ölkəyə COVID yenidən qayıdıb - Azərbaycanda TƏHLÜKƏ RİSKİTürkiyəli professor Dr. Muhəmməd Emin Akkoyunlu ölkədə COVID-19 yoluxmalarının yenidən artdığını bildirib. Maraqlıdır, Türkiyədə COVID-19 yoluxmalarının artması Azərbaycana təsir edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, əsas mənbə kimi Səhiyyə Nazirliyinin rəsmi statistikasına istinad edilməlidir:
Qardaş ölkəyə COVID yenidən qayıdıb - Azərbaycanda TƏHLÜKƏ RİSKİ"Əgər nazirliyin verdiyi statistika görünsəydi, doğrudan da bu ciddi məlumat olardı və insan ehtiyat edərdi. Amma faktiki olaraq bilmirik ki, professor hansı prinsiplərə əsaslanıb bu fikirləri söyləyir. Digər tərəfdən, Türkiyədə vəziyyətin kəskinləşməsi fonunda COVID-dən siyasi məqsədlər üçün də istifadə edilə bilər".
Həkimin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında gündəlik çoxsaylı aviareyslərin olması yoluxma riskini artırır:
"Əgər deyilənlər doğrudursa, əlbəttə ki, Azərbaycana da təsir göstərə bilər. Əslində COVID-in omikron variantı ölkəmizdə də bəzi insanlarda mövcuddur. Lakin bu variant güclü xəstəlik yaratmaq imkanına malik olmadığından nadir hallarda rast gəlinir və məhdudiyyətlər tətbiq etməyə əsas vermir".
Rasif Bağırov əlavə edib ki, virusun güclü yayılma halı müşahidə olunarsa, qarşısının mütləq şəkildə alınması zəruridir:
"Ümumiyyətlə, COVID bütün dünyanı qorxuya saldı. Çin dövləti virusun ilkin mərhələdə yayılmasını gizlətməsəydi, prosesin qarşısını almaq olardı. Vaxtında tədbir görüləndə cəmiyyət üçün ağır nəticələr yaranmır. Yoluxma Azərbaycana gələ bilər, lakin indiki mərhələdə ciddi qorxu törədə biləcək vəziyyət yoxdur".
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 11 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber sonxeber cəbhədən son məlumat xeberler