Azərbaycanda vergi güzəştləri ləğv edilmir - RƏSMİ

Azərbaycanda vergi güzəştləri ləğv edilmir - RƏSMİ2026-cı ildə dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i qeyri-neft gəlirləri hesabına formalaşacaq. Bəzən bu artımı müxtəlif istiqamətə yönəldərək vergilərin artırılması ilə bağlamağa çalışırlar. Bu doğru yanaşma deyil.
azxeber.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, artımın birinci mənbəyi qeyri-neft ÜDM-in özünün artmasıdır:
"Gələn il qeyri-neft ÜDM-i nominal olaraq təqribən 10%, real olaraq 5% artım proqnozlaşdırılır. Vergi isə nominal rəqəmlərdən tutulur. Birinci növbədə ÜDM-in özü artdığına görə gəlirlər artır. Hər zaman verginin ÜDM-dəki payına baxılır.
Cari ildə qeyri-neft vergilərinin ÜDM-ə nisbəti 12.9 faizdirsə, gələn il bu göstərici 13.1 faiz olacaq. Cəmi 0.2 artım artımdır, ona görə ciddi vergi artımından danışmaq olmaz. Bu, yanlış bir yanaşmadı".
S.Babayev vurğulayıb ki, vergi paketi təqdim olunub və onlarla müxtəlif yeni güzəşt nəzərdə tutulub.
"Yerli istehsal və kənd təsərrüfatı ilə bağlı geniş güzəştlər, Naxçıvan qeyd edildi, sadələşdirilmiş vergi limitinin 200 mindən 400 minə qaldırılır, nağdsız əməliyyatlarla bağlı güzəştlər də paketin tərkibindədir.
Ən çox müzakirə olunan məsələ isə muzldu gəlirə olan gəlir vergisi məsələsidir. Bu barədə son günlər dəfələrlə mövqeyimiz açıqlanıb. Əmək bazarının mütləq əksəriyyətini təşkil edən, yəni 2500 manata qədər gəlir əldə edənlər üçün gəlir vergisi 3 % olacaq. Bunun özü çox böyük güzəştdir. Əgər bu güzəşti hökumət irəli sürməsəydi, 2026-cı ilin yanvarından həmin gəlirlərə 14% vergi tətbiq ediləcəkdi. Yəni iqtisadiyyat üzərində vergi yükünün artdığını düşünmürük", - deyə o fikrini tamamlayıb.

İqtisadiyyat       Tarix: 08 noyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az