Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb

Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatıbÇin-Azərbaycan əməkdaşlığında müsbət dinamika müşahidə olunur.
KONKRET.azteleqraf-a istinadla xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.
Səfir bildirib ki, qarşılıqlı siyasi etimadın möhkəmlənməsi iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm zəmin yaradır:
"Cari ilin yanvar-sentyabr aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çataraq müvafiq dövr üzrə tarixi maksimuma yüksəlib. Çin Azərbaycanın ən böyük idxal tərəfdaşı statusunu qoruyub".
Lu Mey qeyd edib ki, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində birgə fəaliyyət daha da genişlənir və konkret məzmun qazanır:
"Bir sıra mühüm əməkdaşlıq layihələri üzrə müsbət nəticələr əldə olunub".
Diplomatın sözlərinə görə, Çin şirkəti tərəfindən tikilən Cənubi Qafqazın ən böyük külək elektrik stansiyasının inşası uğurla başa çatdırılıb:
"Həmçinin Çinin Azərbaycanda inşa etdiyi 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyası vahid enerji sisteminə qoşulub".
Səfir bu il Prezident İlham Əliyevi sözügedən layihələrlə bağlı mərasimlərdə iki dəfə müşayiət etdiyini vurğulayıb.
O bildirib ki, Çin-Avropa yük qatarlarının Transxəzər marşrutu Orta Dəhlizi mühüm yük axınları ilə təmin edir, qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinin qorunmasında əhəmiyyətli rol oynayır.
Lu Mey əlavə edib ki, qarşılıqlı vizasız rejim humanitar əlaqələrin genişlənməsi və iki ölkə vətəndaşlarının səfərlərinin artması üçün əlverişli şərait yaradır.
"Azərbaycanda Çin dilinin öyrənilməsinə maraq getdikcə artır. Statistik məlumatlara əsasən, bu dili öyrənənlərin qeydiyyatdan keçmiş sayı artıq 10 mini ötüb".

Sosial       Tarix: 07 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA

Ölkəmizdə kredit götürən vətəndaşların işsiz qalacağı təqdirdə borc öhdəliklərinin sığorta hesabına qarşılanmasını nəzərdə tutan yeni mexanizmin tətbiqi kredit bazarında yeni mərhələnin başlanğıcını qoyur. Sözügedən siste

Azərbaycanda benzin və dizellə bağlı yeni qayda

Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, daxili istehsal və idxal olunan yanacaq məhsulların

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

"Bəzi ölkələrdə buraxılmış səhvləri biz də təkrar etsək, bir müddət sonra heyvandarlıqda çox ağır vəziyyət yaranacaq". oxuaz-a istinadən xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət

Nazirlik Vətən müharibəsi iştirakçısı və qazilərlə görüş keçirdi

Noyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda çalışan Vətən müharibəsi iştirakçısı və qazisi ola

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Azərbaycanda satılan bəzi "Android TV box" cihazlarında "BADBOX 2.0" botnet kampaniyasına aid zərərli komponentlərin aşkarlanması barədə xəbərdarlıq edir. Mill

"Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur" – Deputat

"Əgər ölkəmizdə aqrar sahə üzrə diplomlu, lakin iş axtaran məzunların sayı bu qədərdirsə və eyni zamanda aqroparkların ehtiyaclarını ödəmək üçün xaricdən mütəxəssis cəlb edilməsinə xüsusi hüquqi şərait yaradılırsa, deməli

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?

Bakı metrosunda sərnişinlər üçün yeni ödəniş sisteminin tətbiqi maraqla gözlənilir. Belə ki, sərnişin bir dəfə ödəniş etdikdən sonra 90 dəqiqə ərzində metrodan təkrar istifadə edərkən əlavə vəsait ödəməyəcək. Bu mexanizmi

Masallıda itkin düşən şəxs Bakıda tapıldı

Masallı rayonunda 15 yaşlı şəxsin itkin düşməsi ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb. -a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yeniyetməni

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. KONKRET.azxəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütü


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbər hava haqqinda sonxabar az sonxabar