Azərbaycanda yeni seçki dairələri YARADILIR - RƏSMİ

Azərbaycanda yeni seçki dairələri YARADILIR - RƏSMİBu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
KONKRET.az xəbər verir ki, iclasa MSK sədri Məzahir Pənahov rəhbərlik edib.
O deyib ki, iclasın gündəliyinə seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair məsələ daxil edilib.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinə əsasən, seçki dairələri ölkə üzrə seçicilərin sayının 125-ə bölünməsi yolu ilə formalaşdırılır. Bu məqam nəzərə alınaraq dövrü olaraq yeni seçki məntəqələri yaradılır: "Bu ilin mayından seçki dairələri üzrə seçicilərin orta təmsilçilik normasının yenidən müəyyənləşdirilməsinə ehtiyac yaranıb. MSK seçki dairələrinin hüdudlarının müəyyənləşdirilməsi üçün ekspertlərdən ibarət müvafiq komissiya yaradılıb. Orta təmsilçilik norması nəzərə alınaraq, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiqlənməsi təklif olunub. Seçki dairələrinin yaradılması və qrafik təsvirinin yenidən müəyyənləşdirilməsi zamanı bələdiyyələrin bölünməməsi kimi bir sıra məqamlar nəzərə alınmalıdır. Çalışmışıq ki, dairələr üzrə seçicilərin orta təmsilçiliyi bir-birinə yaxın olsun. Dairələr yenidən formalaşdırılarkən aktiv və passiv seçki hüququndan istifadənin daha optimal olması diqqət mərkəzində olub".
Rövzət Qasımov sonra MSK-nın seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə dair qərar layihəsini təqdim edib. Qeyd edilib ki, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi üçün hüquqi əsas yaranıb: "Bununla əlaqədar qərara alınır ki, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri yenidən təsdiq edilsin, seçki dairələrinin yeni siyahısı dərc olunsun".
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
MSK sədri qeyd edib ki, növbəti mərhələdə dairə seçki komissiyaları yenidən formalaşdırılacaq: "Biz çalışmışıq ki, mümkün qədər dairələrin sayı və sıra sayı ardıcıllığı dəyişməsin. Ancaq bəzi dairələrin sıra sayı fərqli olduğu üçün həmin dairələrdə seçki komissiyaları yenidən formalaşdırılacaq. Bəzi dairələrin adı başqa cür təsdiq ediləcək, bəzi dairələrin adı və sırası da dəyişib. Ümumilikdə, əksər seçki dairələrin adı və sıra sayı dəyişməyəcək. Növbəti iclasımız DSK üzvlərinin təyin edilməsi ilə bağlı olacaq. Adı və sıra nömrəsi dəyişməyən dairələrin seçki komissiyalarının tərkibi olduğu kimi təsdiqlənəcək. Sıra sayı və adı dəyişən seçki dairələrinin komissiyalarının tərkibi isə yenidən formalaşacaq".
Məzahir Pənahov onu da nəzərə çatdırıb ki, seçicilərin orta təmsilçilik norması 41 mindən 50 minə qədər artığı üçün seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə ehtiyac yaranıb.
MSK sədri bildirib ki, əsasən Bakı, Sumqayıt və Abşeronda seçici sayı çox olduğundan yeni seçki dairələri formalaşdırılır.
Qeyd edək ki, seçki dairələrinin yenidən formalaşdırılması, bəzi seçki dairələrinin ləğv olunması, yeni seçki dairələrinin yaradılması nəticəsində seçki dairələrinin ümumi sayı dəyişmir. Azərbaycanda yenə ümumilikdə 125 seçki dairəsi olacaq.

Siyasi       Tarix: 19 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı kriminal xeber beynelxalq bank mezenne son xəbərlər azərbaycanda