Azərbaycandan gələn təhlükə mifini şişirdən Ermənistan ərazi bütövlüyümüzə qəsd etməkdə davam edir

Azərbaycandan gələn təhlükə mifini şişirdən Ermənistan ərazi bütövlüyümüzə qəsd etməkdə davam edirAzərbaycan tərəfindən təhlükə mifini şişirdən Ermənistan bizim ərazi bütövlüyümüzə "de-fakto" qəsd etməkdə davam edir.
azxeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə "Azadlıq" radiosuna müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
RFE/RL-in müxbiri Coşua Kuçeranın Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə həsr olunmuş məqaləsində qeyd olunur ki, müxtəlif vasitəçilərə münasibətdə yaranmış etimadsızlıq səbəbindən Bakı və İrəvan son zamanlar artıq öz konkret bəhrəsini verən ikitərəfli birbaşa təmaslar formatına üstünlük verirlər. Xüsusən, ötən ilin dekabrında hər iki tərəfdən saxlanılmış şəxslərin azad olunması üzrə tərəflərin əldə etdikləri razılaşmalara və Bakıda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq iqlim konfransı kontekstində qarşılıqlı diplomatik dəstəyə istinad edilir.
"Ermənistan və Azərbaycan artıq yetərincə yetkin dövlətlərdir, öz aralarında qalmış problemləri özləri həll etmək iqtidarındadır və bu istiqamətdə işlər tam sürətlə davam edir", -deyə Elçin Əmirbəyov iri aktorların kənardan qərəzli müdaxiləsinin sülh sazişini iki əks blokun geosiyasi rəqabəti teatrında risk altında olduğu barədə hazırda gündəmdə olan fikirlərin fonunda vurğulayıb.
Prezidentin köməkçisi bu kontekstdə Avropa diplomatiyasının başçısı Cozep Borrelin Azərbaycanın Ermənistana qarşı ərazi iddialarını ehtiva edən və Bakını İrəvanla substantiv danışıqlara çağıran bu yaxınlardakı bəyanatını "tamamilə cəfəng" adlandırıb.
Elçin Əmirbəyov qeyd edib: "Ermənistana guya ərazi iddialarımızla bağlı Azərbaycana qarşı irəli sürülən ittihamlar ağrımayan başa dəsmal bağlamaq kimi uğursuz və faydasız cəhddən başqa bir şey deyil. Ermənistanın indiki Konstitusiyasına və onun qondarma "Ermənistan SSR-nin Dağlıq Qarabağla yenidən birləşdirilməsi" haqqında özbaşına və tamamilə qeyri-qanuni qərarı təsbit edən bu ölkənin müstəqillik bəyannaməsinə dair istinadlara baxmaq kifayətdir".
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi sonda deyib: "Bu cür konkret faktlar çoxdur, ən azı Ermənistanın MDB-yə üzvlüyünün ratifikasiyası prosesində bu ölkənin parlamentinin qəbul etdiyi qərarları, Qarabağın Azərbaycana məxsus olmasını şübhə altına alan və ya 44 günlük müharibə bitdikdən sonra Ermənistanın Azərbaycana qarşı başlatdığı çoxsaylı məhkəmə iddialarını, ölkəmizə qarşı açıq ərazi iddiaları olan sənədləri göstərmək olar. Hələ mən Azərbaycanın Qarabağ bölgəsini tarixi Ermənistanın tərkib hissəsi kimi təqdim etməkdə davam edən Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından danışmıram.
Biz yuxarıda qeyd etdiyimiz bütün narahatlıqlarımızı erməni tərəfinin diqqətinə dəfələrlə çatdırmışıq, lakin təəssüf ki, hələ də onların aradan qaldırılması üçün qarşı tərəfdən konkret addımlar atılmayıb. Ölkəmizə qarşı ərazi iddialarının qalması ilə paralel olaraq, Azərbaycandan gələn təhlükə barədə cəfəng şayiələrin qəsdən yayılması təkcə hiyləgərlik deyil, həm də sonu görünməyən bir yoldur".

Siyasi       Tarix: 10 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər zelzele ensonxeberler bu gune olan xeberler